Tarix Muzeyində elektron
gildlər hazırlanır
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyevanın
"Səs" qəzetinə
verdiyi məlumata əsasən, hazırda muzeydə elektron gildlərin hazırlanması
prosesi gedir.
Azərbaycan
muzeylərinin içərisində, ilk dəfə olaraq,
məhz tarix muzeyində tədbiq olunacaq elektron gildlər
üç dildə hazırlanır.
Azərbaycan,
rus və ingilis dillərində hazırlanan gildlərin
gələcəkdə ərəb, fars dillərində də
hazırlanması nəzərdə tutulmuşdur. Nərgiz xanımın sözlərinə
əsasən, muzeyin ekspozisiyası təmir-bərpa işlərindən
sonra daha da zənginləşmiş,
məhz bu baxımdan, elektron gildlərdə bütün
bunlar haqqında məlumatın yerləşdirilməsinə
müəyyən zaman
tələb olunur.
Odur ki, bu cildlər 45 dəq, 60 dəq gild və bundan
da artıq bir zamanı əhatə edə bilər. Nərgiz xanım onu da qeyd etdi
ki, bu elektron
gildlərin muzeyə gələn qonaqlara təqdim olunması yanvar ayından reallaşacaq.
Nərgiz
xanım tarix muzeyində aparılan işlərlə
bağlı məlumat zamanı onu da bildirdi ki, dekabrın
sonunda muzeyin təşkilatçılığı ilə
Azərbaycanda, ilk dəfə olaraq, "Xəzər atlantidası
- 40" sərgisi keçiriləcək. Sərgi zamanı "Xəzər atlantidası"
kataloqunun təqdimatı
olacaq.
Səs.- 2008.- 17 dekabr.- S. 12.