Qandaxda Mədəniyyət evinin açılış mərasimi keçirilib

 

Dünən Zaqatalanın Qandax kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verib. Bildirilib ki, Qandax kənd mədəniyyət evi 1969-cu ildə tikilib istifadəyə verilib, son zamanlar baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Mədəniyyət evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - (ARDNŞ) maliyyə dəstəyi rayonun daxili imkanları hesabına əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib.

 

İki sahil.- 2008.- 4 dekabr.- S. 7.