Nəsibli E.
“Avey” dövlət qoruğunda görülən işlər
razılıq doğurur
Qazax rayonu tarixi abidələrlə
zəngindir. Burada qədim poliolit, mezolit, enolit, tunc və mis
dövrlərinə, orta
əsrlərə, habelə
sonrakı tarixi mərhələlərə aid
mədəniyyət nümunələri
mövcuddur. Təqdiredici
haldır ki, bu mədəniyyət abidələrinə xüsusi
diqqət yetirilir, dövlət tərəfindən
qorunur. Rayondakı
"Avey" dövlət
qoruğunun direktoru Tofiq Salehovla da söhbətimiz bu barədə oldu. O, rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək dedi:
- Məlumdur ki, tarixi mədəniyyət abidələri dövlət
tərəfindən həmişə
qorunur. Ulu öndər Heydər Əliyev 1993-cü ildə
xalqın tələbi
ilə hakimiyyətə
qayıtdıqdan sonra
digər sahələrdə
olduğu kimi, bu məsələyə də xusisi fikir verildi. Tarix və mədəniyyət
abidələrinin mühafizə
edilməsi, qoruqların
dövlət səviyyəsində
qorunması sahəsində
mühüm işlər
görüldü.
Rayonda dövlət
qeydiyyatına alınmış, tarixi əhəmiyyət
kəsb edən 112 abidə mövcuddur. Bu
abidələrin 45-i memarlıq,
56-sı arxeoloji, 6-sı monumental, 5-i dekorativ tətbiqi sənət nümunələri
hesab olunur. Əhəmiyyətinə görə
3-ü dünya, 52-si ölkə
və 57-si yerli əhəmiyyət kəsb
edir. Qoruğun ərazisində isə 57 ədəd abidə qeydiyyata götürülmüşdür.
Bu abidələrin biri - Damcılı mağarası dünya,
32-si ölkə, 24-ü yerli
əhəmiyyətli, təsnifatına
görə 36-sı arxeoloji, 16-sı memarlıq, 5-i isə dekorativ tətbiqi sənət abidələridir.
Sirli-soraqı Əskipara qalası, od, yel, su dəyirmanları,
qədim qoç fiqurları, məbədlər,
türbələr, ehramlar,
gümbəzlər, Göyəzən
dağı, Koroğlu
qalası, qədim Avey məbədi, poliolit daş dövrünün ilk insanlarının məskunlaşdığı
Damcılı mağarası
və digər abidələr milli tarixi sərvətimizdir.
Məlumdur ki,
ölkəmizin başqa yerlərində olduğu kimi,
rayonumuzda da turizmin inkişafına xüsusi diqqət yetirilir.
Belə ki, "Avey" dövlət qoruğunun xəritəsi
çəkilmiş, xüsusi
turizm marşrutu zamanı istifadə ediləcək dayanacaqlar müəyyən edilmişdir.
Xarici qonaqların, ekskursiyaya gələnlərin
marşrutu dəqiqləşdirilmişdir.
Turizm marşrutu istiqamətində bütün
dayanacaqların səliqə-sahmanlı olmasına çalışılır.
Ərazidəki
abidələri qorumaq, hər cür yanğından
mühafizə etmək məqsədilə ardıcıl
tədbirlər həyata keçirilir.
Mühafizəçilərə təhkim olduqları və
nəzarət etdikləri abidələrə nəzarəti
daha da gücləndirmək
tapşırılmışdır.
Qoruğun əyani
vasitələrlə təchiz olunması məqsədilə
fotostendlər yaradılmış, fotoalbomlar tərtib
edilmişdir. "Avey və Göyəzən dağının möcüzələri"
kitabı çapa hazırlanmış, "Bələdçi-sorğu" kitabı tərtib olunmuşdur.
Qoruğun
fəaliyyəti və tarixi abidələrimizin təbliği
üçün xüsusi mühazirə mətnləri
hazırlanır. Canlı təbliğat məqsədilə
söhbətlərdən, disputlardan,
ekskursiyalardan və digər müxtəlif kütləvi tədbirlərdən
geniş istifadə edilir. Elmi işçilər
və bələdçilər
arasında "Abidələr
tariximizdir" başlığı
altında müsabiqə
keçirilmişdir. Müsabiqədə
K.Əhmədova, N.Binnətova,
X.Qocayeva, A.Əhmədova,
G.Mustafayeva fərqlənmişlər.
"Avey"
dövlət qoruğuna son vaxtlar diqqət daha da
artmışdır. Bunun nəticəsidir ki, ötən yay mövsümündə qoruğun
istirahət düşərgəsinə
fərdi və kollektiv halda yüzlərlə ziyarətçi
gəlmişdir. Əvvəlki
illərlə müqayisədə
xarici qonaqların da sayı artmışdır.
Azərbaycan.- 2008.- 6 dekabr.- S. 4.