Azərbaycan turizm şirkətlərinin Yunanıstana infoturu təşkil edilmişdir

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Yunanıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin turizm şirkətlərinin Yunanıstana infoturu təşkil edilmişdir.

İnfotur iki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən həyata keçirilir. Yunanıstan Azərbaycanın turizm şirkətləri arasındakı ilk görüş Afinada keçirilmişdir. Görüşdə turların təşkili barədə fikir mübadiləsi aparılmış, ölkəmizin turizm potensialını əks etdirən çap məhsulları təqdim olunmuşdur.

İnfotur çərçivəsində Bakıdan Krit adasına uçuşların təşkil edilməsi ilə bağlı ilkin razılaşma əldə edilmişdir.

 

Azərbaycan.- 2008.- 7 dekabr.- S. 11.