Cabbarlı A.
2005-ci il aprelin 7-də
Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan
Respublikası hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında saziş
imzalanmışdır. Həmin sazişə əsasən
ölkələrimiz arasında
turizm əlaqələrinin
genişləndirilməsi məqsədilə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin Yunanıstanın
ölkəmizdəki səfirliyi
ilə birgə əməkdaşlığı sayəsində 2008-ci il noyabrın 23-dən dekabrın 1-dək Mədəniyyət və Turizm Nazirliyinin,
turizm şirkətlərinin
və media nümayəndələrindən ibarət heyətin Yunanıstana infoturu təşkil edilmişdir.
İnfotur Yunanıstan
Respublikasının Turizm Nazirliyi, Yunanıstan Milli Turizm
Təşkilatı və bu ölkənin Səyahət və
Turizm Agentlikləri Assosiasiyasının maliyyə
dəstəyi ilə həyata keçirilmişdir.
EBu da Afina.
"Türk Hava Yolları"na məxsus "Boinq"in illimünatorlarından şəhəri əhatələyən
dağ silsilələri,
yamaclarda ağarışan
mərmər yataqları,
zeytun bağları açıq-aydın seçilir. Lap uzaqlarda məşhur Akropolun silueti görünür. Nəqliyyatın
sıxlığını, yollarda maşınlardan daha çox motosikletlərin şütüdüyünü
də müşahidə
edirik.
Yunanıstan paytaxtı
bir çox tarixi abidələri, memarlıq nümunələri
ilə məşhurdur.
Son illər isə Afinanı həm də kurort və istirahət məskəni,
bir-birindən yaraşıqlı rahat otelləri ilə öyünən şəhər
kimi də tanıyırlar.
Azərbaycandan
gələn qonaqları otellərin ən
seçmələrindən olan beşulduz "Metropolitan"
da yerləşdirirlər. Bizi ilk qarşılayan isə Yunanıstanın ölkəmizdəki səfirliyinin
iqtisadiyyat və ticarət üzrə konsulu Olqa Mezeridou-Qauova
olur. Rusca təmiz danışan Olqa xanım (onu Bakıda məhz bu cür
çağırırlar) dilimizə
hörmətini də
gizlətmir. Bildirir ki, babaları uzun müddət Türkiyədə çalışdığından
nəslinin bizim millətimizə hörməti,
sayğısı hədsizdir.
Ertəsi günü
otelin holunda səfər proqramı bir də
nəzərdən keçirildi, marşrutlar
dəqiqləşdirildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizim şöbəsinin xarici turizm sektorunun aparıcı məsləhətçisi
Kəmalə Həsənova
ölkəmizi təmsil
edən turizm şirkətlərinin nümayəndələri
ilə Yunanıstan tərəfinin görüşlərinin
səmərəli keçməsi
üçün hər
cür şərait yaradıldığını dedi.
Beləliklə, səfərin
əvvəlindən hər
iki ölkənin turizm operatorlarının əməkdaşlığına start verildi.
İnfotur
çərçivəsində Azərbaycan
nümayəndə heyətinin Afina, Xanya, Saloniki, Xalkidiki,
Retimno və Lutraki şəhərlərinə
səfərləri təşkil edildi. Nümayəndə heyətinin üzvləri həmin şəhərlərin
mövcud turizm potensialı, mədəni
və tarixi abidələri, həmçinin
bu şəhərlərdə
fəaliyyət göstərən
məşhur "Metropolitan",
"King George",
"İmperial", "Vouliagmeni
Suites", "Santa Marina", "Hyatt Regency", "Hotel Casino Regency Hyatt", "Potro Carras", "Club Hotel Casino Loutrakı" və digər mehmanxanaların işi ilə tanış oldular.
Xanya
şəhərində fəaliyyət göstərən Krit
Otellər Assosiasiyasının prezidenti Yanulis Emmanuell,
vitse-prezidenti xanım Paradaki Tlua və assosiasiyanın baş
katibi Stasakis Yanis ilə görüş keçirildi,
assosiasiya adından rəsmi ziyafət verildi. Xanya şəhərinin Armeni və Vamos bələdiyyələrinin
merləri ilə keçirilən görüş
də yadda qaldı.
Afina, Saloniki və Xanya
şəhərlərində keçirilən
görüşlərdə turizm şirkətləri
arasında məlumat və fikir mübadiləsi
aparıldı, əməkdaşlıq haqqında
müqavilələr imzalandı. "Qlobus
Travel" şirkəti ilə
Yunanıstanın "Anfitrion
Travel", "Slava Tours". "Corfu
Tourist Services", "Kalamaki travel" turizm şirkətləri,
həmçinin "Club Hotel Casino Loutarki" və
"Hotel Casino Regency Thessaloniki" mehmanxanaları,
"R&R Travel" şirkəti ilə "Kalamaki
travel", "Renalssance Hellas", "Antel travel", "Gea
Travel-S.A İraklion", Belair
Travel & "Tourism", "Ovadias
Tours", "Tsandekidis Travel", "Slava Tours", "La Greca
D.M.C", "El Greco Tours", "Hellenic Tours", "Betis Travel", "Klados
travel", "Saloniki Tours" turizm şirkətləri,
həmçinin "Qrand
Resort", "Klani Beach", "Kalyves Beach", "Santa Marina", "Almay Rida Beach", "Club Hotel Casino Loutraki" mehmanxanaları
və "Raena" şirkəti ilə
"El Greco Tours", "Slava Tours" və "GEA" Travel" turizm
şirkətləri arasında
müqavilələr imzalandı.
Bundan əlavə Krit adasında fəaliyyət
göstərən "Kalamaki
Travel" şirkəti ilə
ölkəmizin turizm şirkətləri arasında
Bakı-Krit çarter
uçuşlarının təşkili
ilə əlaqədar
ilkin razılaşma əldə olundu. Bununla bağlı
şirkətin rəhbəri
Miltiadis Despotakis bu yaxınlarda Bakıya gələcək.
Səfər çərçivəsində
ölkəmizdə fəaliyyət
göstərən turizm
şirkətlərinin rəhbərləri
ilə görüşün
keçirilməsi nəzərdə
tutulur.
Afinada ikitərəfli
görüşlər və
gəzintilərdən sonra
yalnız Yunanıstanda
deyil, bütün dünyada öz cazibədarlığı, iqlimi,
relyefi və digər təbii coğrafi üstünlükləri
ilə məşhur olan Krit adasına,
Saloniki, Lutraki və digər şəhərlərə səfərlər
də olduqca maraqlı keçdi. Biz hər addımda
qədim yunan mədəniyyətinin, alicənablığının
və qonaqpərvərliyinin
şahidi olurduq.
Salonikidə eyni ilə bizim İçərişəhəri xatırladan qala divarlarının yanından
keçəndə tərcüməçilik
edən rus qadının çox qısaca "Mustafa Atatürk
bu məhəllədə
anadan olub" - deməsi doğrusu hamımızı həyəcanlandırdı,
eyni zamanda qürurlandırdı da.
Amma yəqin
ki, bələdçi
Mustafa Kamal Paşa Atatürkün kim
olduğunu, böyük
Türkiyə, ümumən
türk dünyası
üçün nələr
etdiyini yaxşı bilirdi. Fəqət türklərin müşayiətçisi
olduğundan sadəcə
xatırlatma ilə işini bitmiş hesab etdi. Arada özünü unudub türklərin XV-XVI əsrlərdə
Ellada torpağını
işğalda saxladığı,
guya hər şeyi məhv etdiyi barədə cəfəngiyat da uydurdu. Sonra da öz-özünü
təkzib etdi. Olduqca möhtəşəm
bir qalanı göstərib dedi ki, türklərin yapdığı bu nəhəng tikilidə indi həbsxana (?!) yerləşir.
Müasir Yunanıstanın tarixi türklərin 1453-cü ildə
Konstantinopolu fəth etməsi ilə başlayır. Bizansın süqutundan sonra
(XV əsrin 60-cı illərinin
əvvəllərində) Yunanıstan
Osmanlı imperiyasının
tərkibinə daxil olur. Bu vəziyyət
XVII əsrin sonunadək
davam edir. 1829-cu ildə Ədirnə
sülhünə görə
Yunanıstana muxtariyyat
verilir. 1830-cu ildə Rusiya, Böyük Britaniya və Fransa dövlətlərinin iştirakı
ilə Londonda imzalanan protokola əsasən ölkənin
müstəqilliyi elan
olunur.
Qədim Ellada kimi tarixə
düşən Yunanıstan
Balkan yarımadasının cənub hissəsində, Egey dənizi adalarında məskunlaşıb. Qərb və
Cənubdan İoni, Şərqdən Egey dənizləri ilə əhatələnən yüzdən
artıq adada əhalinin 95 faizi yunanlardır. Qalanları isə
albanlar, türklər,
yəhudilər, bolqarlar
və qaraçılardır.
Tez-tez ermənilərlə də
rastlaşmaq olur.
Mağaza və restoranlarda
çalışan erməni
qızları bu ölkəyə gəlmələrini
sığortalamaq üçün
bir qayda olaraq hansısa universitetdə oxuduqlarını
söyləyirlər.
Homerin və Esxilin, Sofoklun və Platonun, Demosenin vətəni qədim Yunanıstan özünün
çoxəsrlik mədəniyyəti,
incəsənəti və
memarlığı, fəlsəfəsi
və təhsili üzərində yeni ideya və texnologiyaların,
yeniliklərin və perspektivlərin mayasını
cücərtməkdə olduqca
ustadır. Mərmər və zeytunla
uzağa getməyin mümkünsüzlüyünü yaxşı dərk edən yunanlar təbii şəratin yaratdığı şansdan
yüz faizlik istifadəyə üstünlük
verirlər. Turizm sənayesinin
prioritet olduğu hər addımda təsdiqlənir. Ölkəyə ildə 11 milyon turist gəlir. Bu isə Yunanıstanın
büdcəsinə 4 milyard
dollar əlavə gəlir
deməkdir.
Yunanıstan turizm bazarında müalicəvi, biznes və istirahət turizm növləri ölkəmizin müvafiq şirkətlərində böyük
maraq doğurur. Gələcəkdə Yunanıstan şirkətlərinin
ölkəmizə turizm
səfərləri təşkil
edəcəyi barədə
söhbətlər də
aparıldı. Yunanıstan
Milli Turizm Təşkilatının baş
katibi İlraksis Valviç bizimlə söhbətində bir məqamı xüsusi vurğuladı ki, Azərbaycan turizm sahəsində bu ölkə ilə yaxşı partnyor ola bilər.
Ancaq Bakı ilə Afina arasında birbaşa təyyarə reysləri açılmasa,
bu arzunun reallaşması bir qədər çətin
olacaq. Azərbaycan tərəfi də
bu fikirdədir. "Bakıtur" agentliyinin baş meneceri Zuar Əliyev
bildirdi ki, azərbaycanlı turistlərin
Yunanıstana üz tutması ilə kifayətlənmək olmaz.
Başlıca məqsədimiz Yunanıstanın
diqqətini Azərbaycana
cəlb etməkdir.
Bizim
"İpək yolu"
"Aleksandar Düma Qafqazda" və digər marşrutlarımız
buna imkan verir. "Qlobus Travel"in rəhbəri Əli Nəzərov,
"Qranit AS"in direktoru Avtandil Vəliyev, "Yevroturizm"in
vitse-prezidenti İradə
Əliyeva, "Travel Kompanu"
şirkətinin baş
meneceri Ruslan Əhmədov və başqaları da bu fikrə şərik
çıxdılar.
Qədim Ellada torpağına səfər Azərbaycan və Yunanıstan arasında turizm əlaqələrinin daha da genişlənməsinə
və inkişafına
təkan verəcək,
ölkəmizdən Yunanıstana
gedən və Yunanıstandan Azərbaycana
üz tutan turistlərin sayının
artmasını sürətləndirəcək.
Azərbaycan.- 2008.- 7
dekabr.- S. 6.