Mədəniyyətimiz xaricdə lazımınca təbliğ olunmur
”Azərbaycan
mədəniyyətinin, tarixinin,
reallıqlarının xarici
KİV-də təbliği
istənilən səviyyədə
deyil. Bu boşluğu aradan qaldırmaq üçün
həm dövlət, həm də ictimai səviyyədə aktivlik artırılmalıdır”.
Bu barədə “İrşad” otelində keçirilən sözügedən
mövzuya həsr olunmuş mətbuat konfransında Mətbuat Şurasının sədri
Əflatun Amaşov məlumat verib. Ə. Amaşovun sözlərinə
görə, indiyədək
müəyyən addımların
atılmasına baxmayaraq,
informasiya müharibəsində
hələ də ermənilərdən geridə
qalırıq: “Belə
bir tədbir keçirməkdə məqsədimiz
bu problemi gündəmə gətirmək
və yaxın gələcəkdə həllinə
nail olmaqdır”.
Zaman.- 2008.- 18-19 dekabr.- S. 2.