Vəliyev M.
Ölkəmizdə kurort-sanatoriya
şəbəkəsi müasir standartlar səviyyəsindədir
Azərbaycanda
baş verən köklü islahatlar ölkənin iqtisadiyyatında,
sosial həyatında və digər sahələrində
əhəmiyyətli dəyişikliklərlə nəticələndi.
Siyasi, iqtisadi və sosial inkişafın
təxirəsalınmaz vəzifələri sırasında
insanların fiziki və ruhi sağlam qüvvələrin
hazırlanmasına da diqqəti artmışdır.
Əhalinin sağlamlığının qorunması
müasir dövrümüzdə dövlətin qarşıya
qoyduğu məqsədlər sırasında mühüm
yer tutur. Ölkədə aparılan bu siyasət ümummilli
liderimiz Heydər Əliyev tərəfindən hələ
sovet məkanında yaşadığımız illərdə
öz həllini tapmışdı.
Onun
Azərbaycanda kurort şəbəkəsinin inkişafı
naminə göstərdiyi əvəzsiz xidmətlər
bu gün də böyük qürur hissi ilə xatırlanır.
Məhz ümummilli liderin təşəbbüsü,
cəsarətli mübarizəsi nəticəsində
SSRİ Nazirlər Soveti "Naftalan", "İstisu"
kurortları və "Xəzərin qərb sahillərinin
kurort zonasına çevrilməsi barədə"
qərar qəbul etmişdi. Bundan sonra
həmin ərazilərdə sağlamlıq ocaqları
şəbəkəsinin tikintisi geniş miqyas aldı.
1983-cü ilin aprelində SSRİ Nazirlər Sovetinin
"Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində
ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması
haqqında" qərarı da ulu öndərin doğma
vətənini kurortlar ölkəsi kimi görmək istəyinin məntiqi nəticəsi
idi. Ümummilli liderin ölkəmizin kurort-sanatoriya
şəbəkəsinin təkmilləşdirilməsi,
əhalinin sağlamlığının qorunması
ilə bağlı həyata keçirdiyi siyasət, bu
gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkə başçısının
"Azərbaycan kurortları Dövlət Proqramı
haqqında" 2007-ci il 27 fevral tarixli sərəncamı
Həmkarlar İttifaqları sistemində kurortlar
şəbəkəsinin inkişafına
böyük təkan vermişdir. Ölkə ərazisində
təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma
yerlərinin və kurortların öyrənilməsi,
istifadəsi, inkişafı və mühafizəsi sahəsində
yaranan münasibətləri tənzimləyən
"Təbii müalicə ehtiyatları, müalicə
sağlamlaşdırma yerləri
və kurortlar haqqında" Azərbaycan Respublikası
Qanununun təsdiqi və bu qanunun tətbiq edilməsi
ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il mayın
7-də imzaladığı fərmana uyğun təbii
müalicə ehtiyatlarından istifadə əsasında
xəstələrin müalicəsi, profilaktikası
və istirahətin təşkili "Günəşli"
nevroloji sanatoriyasında uğurla həyata keçirilir.
Sanatoriya yeni texnika və texnologiya ilə təchiz
edilmişdir. Bu müəssisədə hər il yüzlərlə
insan istirahət edir, bacarıqlı həkimlərin
nəzarəti altında fiziki sağlamlıqlarını
bərpa edə bilirlər. Sanatoriyada quraşdırılmış
yeni avadanlıqlar xarici dövlətlərdə istehsal
olunmuş, müasir dövrün tələblərinə
cavab verə biləcək müalicəvi mahiyyətlidir.
Sanatoriyada müalicənin effektliyinin artırılması
üçün köklü islahatlar aparılıb. Belə
ki, burada yeni müalicə aparatları alınaraq quraşdırılmış
və xəstələrin müalicəsinin keyfiyyətinin
yaxşılaşmasına nail olunmuşdur. Xəstələrin
rahatlığını təmin etmək məqsədilə
yataq korpusları günün tələbləri səviyyəsində
təmir olunur. Belə ki, 1-ci yataq korpusunda aparılmış
yenidənqurma və əsaslı təmir işlərindən
sonra 55 çarpayılıq lüks tipli otaqlar yaradılmışdır.
Burada aparılmış yenidənqurma işlərindən
sonra bu korpusda yeni keyfiyyətli istilik sistemi qurulmuşdur.
Bu sistemin normal, fasiləsiz işləməsi
üçün 500 m-ə yaxın qaz xətti çəkilmişdir.
Həkim və tibb bacılarının ixtisasının
yüksəldilməsinə diqqət xeyli artırılmışdır.
Sanatoriyanın inzibati bölməsi yeni
təmir edilmiş korpusa köçürülmüşdür.
Əvvəlki inzibati binada isə yeni diaqnostika
mərkəzi yaradılmışdır. İstirahət
edənlərin asudə vaxtlarının səmərəli
təşkili məqsədilə maraqlı mədəni-kütləvi
tədbirlər də keçirilir. Müntəzəm
olaraq konsert proqramları, ziyarətgahlara, muzeylərə,
tarixi yerlərə ekskursiyalar təşkil olunur.
"Günəşli" sanatoriyası, əsasən,
sinir sistemi və oynaq xəstəliklərinin müalicəsi
üzrə ixtisaslaşmışdır. Nevroz, xronik
bel-oma radikulitləri və onurğanın osteoxondrozlarından
əziyyət çəkən xəstələr burada
müalicə olunur, sağlamlıqlarını bərpa
edirlər. Hazırda sanatoriyada 316 nəfər eyni vaxtda
müalicə oluna bilər. Xəstələrin sağlamlığı
keşiyində 9 həkim, 26 orta tibb işçisi durur.
"Günəşli" sanatoriyasının
baş həkimi Ağayarov Cabbar sanatoriyada dincələn
hər bir fərdin istirahətinin düzgün qurulması,
eləcə də, onlara tibbi müayinənin lazımi
səviyyədə aparılması üçün
bütün kollektivin gücünü səfərbər
edib. Həkimlər həm fiziki, həm də mənəvi
cəhətdən insanlara köməklik göstərir,
onların sağlamlığının keşiyində
dururlar. Bütün bu deyilənlərin təsdiqi olaraq
sanatoriyada olduğum müddətdə mənə
göstərilən diqqət və qayğı, müalicə
metodları tam şəkildə fiziki cəhətdən
sağlamlığıma müsbət təsirini
göstərdi. Mən bu gözəl şəraitlə
tanış oldum. Sanatoriyanın rəhbər və kollektivinin
buraya gələn yaşlı və əlil şəxslərə
göstərdikləri qayğı məni fərəhləndirdi.
Dövlətimizin insanların sosial-rifah
halının yaxşılaşdırılması istiqamətindəki
fəaliyyət proqramının nəticələri
bir vətəndaş olaraq məni qürurlandırdı.
Mən "Günəşli" sanatoriyasının
rəhbərliyinə, bütövlükdə birliyin
direktoruna təşəkkürümü bildirirəm
ki, əhaliyə belə xidmət göstərilir.
Səs.- 2008.- 4 dekabr.- S. 12.