Uşaq evlərinin sakinləri yaradıcılıq festivalında
yarışıblar
Onlara mükafatlar təqdim edilib
Bakı şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən
"Bakı şəhərində
yerləşən uşaq
evlərinin uşaqları
arasında 2-ci bədii-yaradıcılıq festivalı"
keçirilib. Qeyd edək
ki, bu festival
prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 982 saylı sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
Gəncliyi Dövlət
Proqramı" (2005-2009-cu illər)
3.20-ci bəndində sosial
müdafiəyə xüsusi
ehtiyacı olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə yaradıcılığın müxtəlif istiqamətləri
üzrə müsabiqələrin
və festivalların keçirilməsi məqsədi
ilə təşkil olunub.
Gənclər və İdman
Baş İdarəsi dövlət proqramının
müvafiq bəndinə
əsasən, müsabiqəni
İnternat məktəbləri
və Uşaq evlərinin sakinlərinin yaradıcılıq qabiliyyətlərini
nümayiş etdirmək,
istedadlı uşaqları
üzə çıxarmaq,
onlara dövlət qayğısını artırmaq
və asudə vaxtlarını səmərəli
təmin etmək, eyni zamanda, yeni
ünsiyyət və əlaqələrin formalaşmasına
şərait yaratmaq məqsədi ilə keçirib.
Qurumdan "Kaspi"yə bildirildiyinə görə, festival poeziya, musiqi, teatr, rəqs və musiqi alətlərində ifa nominasiyası kimi sahələri əhatə
edib. Festivalın münsiflər heyətində
tanınmış incəsənət
xadimləri - rəqqas
Kamil Dadaşov, Əməkdar artistlər Sənubər İsgəndərli,
Aybəniz Haşımova,
şair Vaqif Bəhmənli və professor Rəfiqə Mustafayeva təmsil olunublar.
Xatırladaq ki, festivalda Bakı şəhərində yerləşən
1, 2, 10, 11, 16 saylı İnternat
məktəbləri, eyni
zamanda 3 saylı Uşaq Evi, SOS Uşaq Kəndi, 39 saylı Uşaq Kardeorevmotoloyi dispanserin uşaqları iştirak ediblər. Münsiflər
rəqs nominasiyası
üzrə 1-ci yeri 3 uşaq evinin sakinləri arasında bölüblər. Festivalın ən
kiçik iştirakçıları
1 saylı Uşaq Evinin müasir rəqs qrupu "Holli Dolli" rəqsi, 2 saylı Uşaq Evinin balaca sakinləri "Mimura" rəqsi və 3 saylı Uşaq Evinin sakinləri "Xan çobanı" rəqsi
ilə 1-ci yerə layiq görülüblər.
Ən çox alqış və münsiflər heyətinin rəğbətini
qazanan 39 saylı Uşaq Kardeorevmotoloyi dispanserin sakinləri "Naz eləmə" rəqsi ilə Rəhimli Arzu və Hüseynov İbrahim olublar.
Mahnı nominasiyası üzrə 1-ci yer 1 saylı İnternat məktəbinin istedadlı
sakini Akif İsgəndərova verildi.
Teatr nominasiyası üzrə 1-ci yer 10 saylı İnternat məktəbinin qrupunun təqdim etdiyi "Parodiya" səhnəciyinə
verildi. Musiqi alətlərində ifa nominasiyası üzrə ilk yeri 1 saylı
Uşaq evinin sakini İsmayılov Ələsgər qazandı.
O, ifasını saz alətində nümayiş
etdirib. Yaddaqalan nömrə isə poeziya nominasiyası üzrə 1-ci yeri tutan 2 saylı Uşaq evinin sakini Vəliyeva Aygülün ifası oldu. O, C.Cabbarlının
"Ana" şeirini
söyləyib. Festivalın
sonunda bütün iştirakçılar diplom
və mükafatlarla qiymətləndiriliblər
Kaspi.- 2008.- 2 dekabr.- S. 16.