"Azərbaycanın Holland Dostları" Cəmiyyəti Haaqada Azərbaycan rəssamlarının
sərgisini təşkil
etmişdir
Azərbaycanın
Niderland krallığındakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, "Azərbaycanın Holland
Dostları" Cəmiyyəti Haaqa şəhərinin
məşhur "Reqentkamera" qalereyasında Azərbaycan
rəssamlarının sərgisini təşkil etmişdir.
Qalereyanın
rəhbəri, Haaqanın Bələdiyyə
Şurasının üzvü Aleksandr Burqers tədbiri
açaraq qonaqları salamlamış, Niderland
cəmiyyətində Azərbaycanın
mədəniyyətinə böyük maraq olduğunu
bildirmiş və gələcəkdə ölkəmizin
çoxşaxəli mədəniyyətinin
nümunələri ilə yerli sakinlərin daha yaxından
tanış olmaq imkanı əldə
edəcəklərinə ümid bəslədiyini
vurğulamışdır.
Azərbaycan.- 2008.- 24 dekabr.- S. 11.