Əlil uşaqların rəsm sərgisi
Bakı
şəhərində yerləşən Tofiq İsmayılov
adına Uşaq Qalareyasında "Beynəlxalq Əlillər
Günü" münasibəti ilə əlil uşaqların
rəsm sərgisi və satışı təşkil olunub.
SİA-nın məlumatına
görə, sərgi Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
tərəfindən təşkil olunub.
Tədbirdə
çıxış edən əmək və əhalinin
sosial müdaifəsi nazirinin müavini Natiq Məmmədov
bildirib ki, sözügedən günlə əlaqədar
ƏƏSMN tərəfindən respublikada müxtəlif
tədbirlər təşkil olunur və bu günki tədbirdə
əlil uşaqların əl işləri və rəsmlərinin
satışı üçün şərait yaradılıb.
N.Məmmədov bu gün
keçirilən sərgiyə
müxtəlif peşə
və yaş nümayəndələrinin təşrif buyurduğunu bildirib. Onun sözlərinə görə, bu kimi
tədbirlərin keçirilməsində
məqsəd, əlil uşaqlar arasında
istedadlı gənclərin üzə çıxarılması
və onların sosial rifahının
yaxşılaşdırılmasıdır. "Eyni zamanda bu gün
Azərbaycanda fəaliyyət
göstərən bir sıra dövlət
və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən də
əlillər günü qeyd olunur. Bu tədbirlər əsasən internat evləri,
əlillərin müəalicə müəssisələri və
digər yerlərdə
təşkil olunur",-deyən N.Məmmədov Azərbaycan dövləti tərəfindən
ölkədə mövcud olan əlillərə böyük diqqət və qayğının olduğunu ifadə edib.
N.Məmmədov bu kimi
tədbirlərin keçirilməsində
təkcə ƏƏSMN-nin deyil, eyni zamanda
digər qrumların da dəstəyi olduğunu söyləyib. Xatırladaq ki, 1992-ci il oktyabrın
14-də BMT Baş Asambleyyası tərəfindən dünyada
3 dekabr "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması ilə bağlı qərar qəbul edilib. Elə
o vaxtdan etibarən Azərbaycanda da hər il
dekabrın 3-ü tarixində əlillər günü qeyd olunur.
Səs.- 2008.- 4 dekabr.- S. 16.