Əşrəf Heybətovun Bakıda sərgisi açılıb
Dünən Bakı Slavyan Universitetində
(BSU) Almaniyada yaşayan
azərbaycanlı rəssam
Əşrəf Heybətovun
sərgisi açılıb.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin,
Alman-Azərbaycan Cəmiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə açılan
sərgi "Almaniya azərbaycanlı rəssamın
gözü ilə"
adı altında təşkil olunub. Sərgidə çıxış
edən Azərbaycan Rəssamlar İttifaqının
katibi Ağəli İbrahimov, Alman-Azərbaycan Cəmiyyətinin
rəhbəri Çingiz
Abdullayev, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin şobə müdiri İlham Məmmədov, BSU-nun rektoru Kamal Abdulla
rəssamın çoxşaxəli
yaradıcılığından söz açıblar. Tədbirdə iştirak edən Almaniyada yaşayan azərbaycanlı
rəssam Əşrəf
Heybətov isə sərgidə 40-a yaxın
Almaniyaya həsr olunmuş əsərinin nümayiş olunduğunu
deyib. Rəssam Azərbaycanda ikinci dəfə sərgisinin təşkil olunduğunu bildirib: "Mənim yaradıcılığımın çox hissəsi Azərbaycanla bağlıdır.
Güman edirəm ki, həmin əsərlərimin də
Azərbaycanda sərgisi
təşkil olunacaq".
Sərginin nümayişi
dekabrın 19-na kimi davam edəcək.
Mərkəz.- 2008.- 16 dekabr.- S. 11.