Kəngərli Q.

 

“Daşkənd sevinci” II Beynəlxalq uşaq rəsmləri sərgisində Azərbaycan məktəblisi birinci yeri tutaraq qızıl medala layiq görülmüşdür

 

Özbəkistanda "Gənclər ili" dövlət proqramı çərçivəsində ölkənin Mədəniyyət və İdman, Ali və Orta Təhsil nazirlikləri və İncəsənət Akademiyasının təşəbbüsü ilə "Daşkənd sevinci" II Beynəlxalq uşaq rəsmləri sərgisi keçirilmişdir.

Bir həftə çəkən sərgidə dünyanın 30 ölkəsindən göndərilmiş, Vətən, ana, təbiət, ətraf mühitin qorunması, uşaqlıq və digər mövzularda 1000-ə yaxın əl işi nümayiş etdirilmişdir.

Azərbaycandan sərgiyə 14 məktəblinin 30-a yaxın əl işi göndərilmişdir.

Sərginin bağlanış mərasimində elan olunmuşdur ki, rəsmlərinin məna dolğunluğuna görə "Qran-Pri" Misir məktəblisi Nardina İbrahimə göndəriləcəkdir.

Azərbaycandan gəlmiş 15 yaşlı məktəbli Əli Heydərovun "Mənim Vətənim" rəsmi, həmçinin İndoneziya, Özbəkistan, Türkmənistan, Belarus və Çin nümayəndələrinin əl işləri birinci yeri tutmuşdur. Onlar sərginin qızıl medalına layiq görülmüşlər.

 

Respublika.- 2008.- 21 dekabr.- S, 4.