"Mənim Azərbaycanım"

 

"Uşaq dünyası" rəsm qalereyasında "Mənim Azərbaycanım" adlı rəsm sərgisi açılmışdır. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən bu sərgidə altı incəsənət məktəbinin 12-dən artıq şagirdinin müxtəlif mövzularda çəkilmiş rəsmləri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev idarənin balansında olan məktəblər arasında bu tipli sərgilərin mütəmadi olaraq təşkil olunacağını bildirdi. Bu cür tədbirlər isə gənc istedadlara diqqət qayğı göstərmək, eləcə onla stimullaşdırmaq məqsədi daşıyır.

Vəcihə Səmədova adına Mərkəzi sərgi salonunda isə Azərbaycanın beş tanınmış rəssamının sərgisi açılmışdı. Azərbaycan Rəssamlar İttifaqının üzvü Ənvər Qarayev bildirmişdir ki, sərgidə miniatür sənəti əsasında işlənmiş əsərlər nümayiş etdirilir. Xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov, Rafiz İsmayılov, əməkdar rəssam Nüsrət Hacıyev rəssam Orxan Hüseynovun 70-ə yaxın əsəri sənətsevərlərin ixtiyarına verilmişdi.

 

Bakı.- 2008.- 19-25 dekabr.- S. 3.