Mükərrəmoğlu M.

 

Sənin dilin olmasa da, çəkərsən

 

Onun əsərləri bütövlükdə milli ruhda köklənmişdi. SSRİ Azərbaycan Respublikasının xalq rəssamı, SSRİ Dövlət mükafatı Beynəlxalq Nehru mükafatı laureatı Mikayıl Abdullayev bütün yaradıcı həyatını Azərbaycan təbiətinin, onun qəhrəman insanlarının, tarixinin şanlı səhifələrinin vəsfinə həsr etmişdir. Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu böyük sənətkarın boyakarlıq qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. Dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponat kimi saxlanılan Mikayıl Abdullayev yaradıcılığının nümunələri milli mədəniyyətimizin əsl təbliğatçılarıdırlar. Bu əsərlərdə Azərbaycanın əsrarəngiz təbiəti var, milli-mənəvi dəyərlərimiz sənətkarlıqla bu tablolarda qorunub saxlanmışdır.

Mikayıl Abdullayev sənətinin qüdrəti bir də onda idi ki, Azərbaycanımızın rəssamlıq ənənələri böyük ustalıqla inkişaf etdirilmiş, ona yeni çalarlar gətirmişdir.

Mikayıl Abdullayev yaradıcılığından söhbət açarkən böyük şair Rəsul Rzanın onun haqqında yazdığı aşağıdakı misraları xatırlamamaq olmur.

Məndə bir can var,

Səndə bir can,

Mənim qələmim var, sənin fırçan,

Mənimki sözdür,

Səninki, rəng,

Mən yazım, qardaşım, sən çək.

Mənim əlim olmasa da yazaram,

gözüm olmasa da...

Sənin dilin olmasa da, çəkərsən,

Sözün olmasa da...

Ancaq hər ikimiz ürəksiz yarada bilməyərik,

Mənimki sözdü, səninki rəng,

Var olsun ürək!

Bu misralar Mikayıl Abdullayev yaradıcılığına verilən ən yüksək qiymətdir. Bəli, Mikayıl müəllim bütün əsərlərinə öz qəlbinin hərarətini əlavə edirdi, ona görə də bu əsərlər əbədiyaşardır, xalqımızın tarixinin rənglərdən bəhrələnən səhifələridir.

Mikayıl Abdullayev 1921-ci ildə Bakıda doğulmuşdu. Təhsilini də elə Bakı Rəssamlıq Məktəbində, sonra Moskvada almışdı.

Bu böyük sənətkarın yaradıcılığı o qədər zəngin və rəngarəngdir ki, bir məqalədə onu bütövlükdə əks etdirmək qeyri-mümkündür. Burada biz bu böyük yaradıcılığın bəzi məqamları barədə məlumat verəcəyik.
40- illər M. Abdullayev yaradıcılığında ilkin dövrü təşkil edir. Bu dövrdə yaratdığı tablolardan ikisinin adını qeyd etmək istərdim. Onlardan biri 1944-cü ildə çəkilmişAxşam”, ikincisi isə 1947-ci ildə yaradılmışMingəçevir işıqlarıtablolarıdır. Hər iki əsər professional səviyyədə yaradılmış sənət nümunələridir onlar bu gün əvvəlkitək qiymətlidir təsviri sənətimizin tarixində əhəmiyyətli əsərlər kimi dəyərləndirilir.

Mikayıl Abdullayev kənd adamlarının həyatını və məişətini böyük ustalıqla öz əsərlərinə gətirirdi. EləMasallı silsiləsindən olanKörpəsinin ardınca”, “Manqabaşı Rəxşəndətabloları bu mövzuda ən qiymətli əsərlərdəndir.

Bu istedadlı sənətkarın yaradıcılığında nikbin bir ruh yaşayır. O, yaratdığı əsərlərdə həmişə bu nikbinliyi qorumağa çalışır. “Tarlada”, “Lənkəranlı kolxozçu qadın”, “Abşeronda”, “Astarada çay yığımı”, “Çəltikçi qızlar s. əsərlərinə tamaşa edənlər bunu aydın hiss edirlər.

M.Abdullayev tematik tablolar ustası idi. Onun yaratdığı portretlər qalereyasında məşhur sənət adamlarının çox qiymətli portretləri var. “M. Qorki 1928-ci ildə Bakıda”, “Üzeyir Hacıbəyov” , “Səməd Vurğun”, “M. F. Axundov”, “M. P. Vaqif”, “İmadəddin Nəsimi”, “Pianoçu F. Bədəlbəyli s. əsərlər rəssamın böyük portret ustası olduğunu bir daha təsdiq edir. Eyni zamanda unudulmaz rəssam baxımlı qrafika əsərlərinin - illüstrasiya kitab tərtibatı nümunələrinin müəllifi kimi tanınırdı. OnunKitabı Dədə Qorquddastanına, FüzulininLeyli Məcnunpoemasına, Bəxtiyar VahabzadəninŞəbi-hicranmənzum əsərinə, Süleyman Rəhimovun bir çox başqa qələm sahiblərinin yaradıcılıqlarına çəkdiyi təsvir nümunələri oxucular tərəfindən maraqla qarşılanmışdı. Rəssamın kətan üzərində yaratdığı obrazlar - “Yüz yaşlı usta”, “Şair Süleyman Rüstəm”, “Ornament ustası Lətif Kərimov”, “Yazıçı Həsən Seyidbəylibu gün tamaşaçıların zövqünü oxşayır. Ustad sənətkarı həmkarlarından fərqləndirən bir cəhəti heç unutmaq olmur. Onun zəngin biliyi, bənzərsiz müşahidələri vardı. Deyərdi: “Hər gün ən azı 4 saat mütaliə edirəm, 2 saat yazıram, 8 saat molbert önündə dayanıram”. Bakının küçələrini gəzər, dənizkənarı parka çıxardı. 1970-80-ci illərdə onunKommunist”, “Ədəbiyyat incəsənət”, “İzvestiya”, “Literaturnaya qazetaqəzetlərində, “Azərbaycan”, “Qobustanjurnallarında sənət haqqında dəyərli məqalələri dərc olunmuşdu. Mərhum kinorejissor Həsən Seyidbəyli deyərdi ki, “Nəsimibədii filmində Nəsimi rolunu oynayacaq aktyoru seçməyimdə Mikayıl Abdullayevin eyniadlı məşhur tablosu imdadıma çatdı.

Yeri gəlmişkən, fırça ustasının fantaziya və təfəkkürünün vəhdətindən yaranmış həmin portret milli təsviri sənətimizin qızıl fonduna daxil olmuş boyakarlıq nümunələrindən biridir. Azərbaycanın iftixarı Üzeyir bəy Hacıbəyovun naturadan portretini çəkməsindən qürur hissi ilə danışardı:

1943-cü ildə dünya şöhrətli bəstəkarın yağlı boya ilə obrazını yaratmışdım. Əsər Üzeyir bəyin çox xoşuna gəlmişdi. Onu muzeyə verməyib, evində saxladı. Məni görüşünə çağırıb pul təklif etdi. Götürmədim. Çünki Moskvada Ali Rəssamlıq Məktəbində təhsil alanda, bir çox tələbələr kimi, mənə qayğı, yardım göstərmişdi”.

M.Abdullayevin yaradıcılığında Bakı metrosunun “Nizami” stansiyasının interyerinin tərtibatı da xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Bəzən metronun bu stansiyasını yeraltı muzey adlandıranlar da olur. Rəssamın teatrımızın inkişafında da xidməti çox olmuşdur. O, “Leyli Məcnun”, “Koroğluoperalarına, NiyazininÇitrabaletinə bədii tərtibat vermişdi. Görkəmli bəstəkar Fikrət Əmirov onuBəstəkar ürəkli rəssamadlandırmışdı. Qədirbilən tamaşaçılarla rənglərin diliylə danışan mahir fırça ustası tez-tez onların görüşünə gedər, ölkəmizi oba-oba gəzərdi. Ürəkaçan görərdisə, min bir həvəslə kağız-kətan üzərində əbədiləşdirərdi.

M. Abdullayevin yaradıcı irsi bu gün sənətşünaslarımız tərəfindən tədqiq edilir, öyrənilir.

Onun sənəti həqiqətən böyük məktəb idi. Bu məktəbin yetirmələri olan onlarca sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına xidmət etməkdədir.

Xalq qəzeti.- 2008.- 20 dekabr.- S. 7.