Sultan M
Fırçanın
dili ilə
Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi
salonunda Naxçıvan Dövlət
Universitetinin İncəsənət fakültəsinin təsviri
incəsənət ixtisasının tələbələrinin rəsm
əsərlərindən ibarət
sərgi açılmışdır.
Tədbirdə Naxçıvan MR Rəssamlar
Birliyinin sədri, xalq rəssamı Hüseynqulu
Əliyev çıxış edərək universitetin muxtar respublikamızda
sənətşünaslıq nəzəri
bazası rolunu oynadığını bildirdi. Xalq rəssamı qeyd etdi ki, bu
sərgi tələbə
rəssamlar arasında
fitri istedada malik gənclərin çox olduğunu bir daha təsdiqləyir.
Universitetin rektoru, akademik İsa
Həbibbəyli tələbə rəssamların bu cür
sərgilər vasitəsilə tanıdılmasını
təqdirəlayiq hesab etdi, gənclərə sənət
uğurları arzuladı. Natiq vurğuladı ki,
gələcəyin tanınmış rəssamları olacaq
gənclərimizin professional sənət əsərləri
sübut edir ki, Azərbaycan rəssamlıq
sənətində Naxçıvan məktəbi
formalaşmaqdadır.
Naxçıvan Dövlət
Universitetin məzunu və müəllimi Həbibə
Allahverdiya, Naxçıvan MR Mədəniyyət və turizm
Nazirliyinin əməkdaşı, Naxçıvan MR
əməkdar incəsənət xadimi Rəfael Kərimov
sərgidə nümayiş olunan rəsmləri
sənətkarlıq baxımından yüksək
dəyərləndirdilər.
Əsərləri
sərgilənən tələbələrdən Metexan Cangel
və Rəfael Kərimov onlara göstərilən
qayğıya və yaradılan şəraitə görə
muxtar respublika və universitet rəhbərliyinə,
sənət müəllimlərinə minnətdarlıqlarını
bildirdilər.
Sonra sərgi ilə
tanışlıq oldu. Tələbələrdən
Canan Üstünün,
Bəhruz Quliyevin, Məhərrəm Tahirovun,
Fatimə Rükəmin,
Ələkbər Ələkbərovun,
Elay Məmmədovanın,
Fizzə Quliyevanın
əl işləri süjet və kompozisiya baxımından maraq doğurdu. Yağlı və suyu boya ilə
natürmort, mənzərə,
miniatür janrlarında
çəkilmiş əsərlər
tələbələrin bədii
yaradıcılıq təxəyyülündən,
peşəkarlıq səviyyəsindən,
rənglər duyumundan
soraq verirdi. Sərgidə universitetin müəllimlərindən Naxçıvan
MR-in əməkdar rəssamı Ülviyyə
Həmzəyevanın, Həbibə
Allahverdiyevanın, Cavid
Səfərovun əsərləri
də nümayiş olundu.
İki sahil.- 2008.- 19
dekabr.- S. 11.