Yusifova S.

 

Azərbaycan xalçaları Tatarıstanda sərgilənir

 

Tatarıstan Dövlət Təsviri İncəsənət Muzeyində açılan yeni sərgilərdən biri Azərbaycan xalça sənətinin nümunələrindən ibarətdir. Xalçaların sərgisi həmin muzeydə "Müsəlman incəsənətinin şedevrləri" adlı layihə çərçivəsində təşkil olunub. Mədəniyyət Turizm Nazirliyindən bu layihə əsasında iki sərginin təşkil edildiyi bildirilib. Sərgilərdən biri "Müsəlman Şərqinin təsviri xalçaları", ikincisi isə "XVIII əsrin sonları, XX əsrin əvvəlində Türkiyə tətbiqi incəsənəti" adı altında keçirilir. Azərbaycan, Türkiyə, İran, Hindistan digər ölkələrin xalçaları, incəsənət nümunələri bu sərgilərdə nümayiş olunur. Tatarıstanda açılan sərgi yanvarın 15- kimi davam edəcək.

 

525-ci qəzet.- 2008.- 20 dekabr.- S. 22.