Mükərrəmoğlu M.

 

Bakıda karikaturaçıların II beynəlxalq müsabiqəsi keçiriləcək

 

Azərbaycan Karikaturaçılar İttifaqından bildirmişlər ki, gələn ilin aprel ayında Bakıda karikaturaçıların II beynəlxalq müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bu müsabiqə УMolla NəsrəddinФ jurnalının nəşrə başlanmasının 103-cü ildönümünə həsr olunacaq. Dünyanın müxtəlif ölkələrindən karikaturaçı rəssamların 50 işi müsabiqəyə təqdim ediləcək. Karikaturaçılar Cəmiyyətinin sədri Bayram Hacızadənin sözlərinə görə bu əsərlər ayrıca kataloqda nəşr olunacaq. Müsabiqə Mədəniyyət Turizm Nazirliyi Karikaturaçıların Beynəlxalq Federasiyası ilə birgə təşkil oulnacaq.

Münsiflər heyətinə Azərbaycan Karikaturaçılar Cəmiyyətinin sədri Bayram Hacızadə bundan başqa karikaturaçıların Beynəlxalq Federasiyasının baş katibi Piter Nyuvandeyk, Avropa Karikaturaçılar İttifaqının prezidenti Pudi Heysens, eyni zamanda İsraildən, Türkiyədən, Kiprdən, Argentinadan, İrandan, Misirdən, Çindən, Polşadan olan müxtəlif karikaturaçı cəmiyyətlərin üzvləri daxildirlər.

Xalq qəzeti.- 2008.- 23 dekabr.- S. 6.