Teatrşünas Məmmədsadıq Əfəndiyevin barelyefinin açılışı olmuşdur

 

Dekabrın 19-da tanınmış ictimai xadim, yazıçı, teatrşünas Məmmədsadıq Əfəndiyevin yaşadığı binaya vurulmuş barelyefin açılışı olmuşdur.

Mədəniyyət Turizm nazirinin müavini Ədalər Vəliyev, barelyefin müəllifi, əməkdar rəssam Arif Qazıyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İnqilab Kərimov başqaları tədbirdə XX əsrdə milli teatrımızın incəsənətimizin inkişafında M.Əfəndiyevin əvəzsiz xidmətlərindən danışmışlar.

Professor İmruz Əfəndiyeva atasının xatirəsinə göstərilən hörmət ehtirama görə minnətdarlığını bildirmişdir.

Barelyefin önünə gül-çiçək dəstələri qoyulmuşdur.

 

Respublika.- 2008.- 20 dekabr.- S. 7.