“Best Model of the World-2008” müsabiqəsi başa çatdı
Türkiyənin İstanbul şəhərində
təşkil olunan
"Best Model of the world" müsabiqəsi
başa çatdı. Azərbaycanlı gənclərin müsabiqədə
builki çıxışı
uğursuz oldu.
"Best Model of Azerbaijan" müsabiqəsinin
koordinatoru Nəzakət
Hacıyevanın məlumatına
görə, Rahib İsrafilov ilk beşliyə
düşərək "Model
Gentleman", Esmira Novruzova
isə onluğa düşərək "Miss Promising" titulunu qazandı. Layihənin koordinatoru onu da bildirib ki,
Trend Xəbərlər Şirkətinin
Mətbuat Mərkəzində
"Best Model of World-2008" model yarışmasının
yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.
Mətbuat konfransında
yarışmanın prezidenti
Ruhi də iştirak edəcək.
Üç nöqtə.- 2008.- 12 dekabr.- S. 13.