“Best
Model of World-2008”də uğursuz çıxış etməmişik
Təşkilat komitəsi məsələyə aydınlıq
gətirdi
Dekabrın 6-da Türkiyədə keçirilən
"Best Model of World-2008"-də həmyerlilərimizin
uğursuz çıxış
etdikləri deyilir. Müğənni Ruhi səfərini
başa vurmadığı
üçün məsələyə
"Best Model of Azerbaiyan-2008"-in baş
koordinatoru Nəzakət
Hacıyeva münasibətini
bildirdi. Onun sözlərinə görə,
hər iki iştirakçı - Esmira
Novruzova və Rahib İsrafilov uğurla çıxış
ediblər: "Rahib İsrafilovun adı ilk beşliyə düşüb.
Esmira isə ondan bir qədər geri qalaraq adı
10-luqda səslənib. Bunu uğursuz çıxış
adlandıranlar başa
düşmək istəmirlər
ki, bu yeri
82 ölkənin iştirakçısı
arasında qazanıblar.
Bu, heç də
zəif göstərici
deyil".
N.Hacıyevanın bildirdiyinə
görə, gecədə
Ruhi ən yaxşı təşkilatçı
kimi təqdim olunub və ona müsabiqənin final mərhələsində münsiflər
heyətində təmsil
olunmaq şansı verilib: "Tədbir "KanalD"dən bütün
dünyaya canlı yayımlanırdı. Sadəcə,
efir vaxtı yekunlaşdığından tamaşaçılar
nəticə ilə
Söhbət zamanı öyrəndik ki, Ruhinin müsabiqənin
yekunundan sonra əcnəbi ölkələrdən
birində dincəlmək
arzusu baş tutmayıb. İşlərinin
çoxluğu ilə
əlaqədar onun Bakıya qayıdacağı
deyilir
Kaspi.- 2008.- 11 dekabr.- S. 16.