Fəxriyyə
Xələfovanın adını daşıyan ətir istehsal
olunacaq
Hörmətli
oxucular, hər şənbə sizləri maraqlı
sənət adamları - aktyor və aktrisalarla
görüşdürürük və onların
həyatından ən maraqlı məqamları
diqqətinizə çatdırırq. Bu
dəfə isə
"Şənbə qonağı"mız moda sahəsində
öz sözünü
demiş Mədəniyyət
və İncəsənət
Universitetinin Modelyer və rəssamlıq fakültəsinin müəlliməsi,
əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfovadır. On ildir ki, moda
sahəsində fəaliyyət
göstərən Fəxriyyə
xanımın kolleksiyaları
demək olar dünyanın bir çox ölkələrində
nümayiş olunur. Onun bütün kolleksiyalarında milli koloritlər daim önə çəkilir.
O, bu günə qədər qazandığı
uğurlarla kifayətlənməsə
də, bu sahədə yeniliklər etməyə, hazırladığı
layihələrlə Azərbaycanı
təmsil etməyə
çalışır.
- Bir çox dünya modelyerləri var
ki, onların şəxsi brendi, yəni firma dükanları
var. Hətta belə xarici brendlər Azərbaycanda da fəaliyyət göstərməkdədir.
Bəs siz bir modelyer kimi
bu barədə nə düşünürsünüz?
- Əslində
sevinirəm ki, insanlar bunu məndən gözləyirlər. Mənim də belə bir fikrim
var. Amma bu işlər üzərində hələ
çox çalışmalıyam.
Brendləşmə prosesi
modelyerlər arasında
çox yayılıb
və bir çox modeylerlər deyir ki, mən
brend yaradacam. Amma bunu yaratmaq
yaxından çox asan görünür, dərinliyə varanda çətin və məsuliyyətli iş olduğunu görürsən.
Bu biznes növü o qədər çətin və məsuliyyətlidir ki, hətta bir an belə fasilə
etməməlisən, hər
dəqiqə fəaliyyətdə
olmalısan. İstehsal
etdiyin əşyalar, onların çeşidi, keyfiyyəti və digər məsələlər
o qədər məsuliyyətlidir ki, xüsusi menecment qabiliyyəti tələb edir. Mənim tək yaradıcılığım
və adım buna çox azdır. Düşünülmüş
strateji bir menecment olmalıdır ki, marka yüksəlsin
və müxtəlif tələbatları ödəyə
bilsin. Bir sözlə, bu sahədə həm mükəmməl menecment,
həm də biznesmen olmaq lazımdır. Sizə bir misal çəkim:
"Şanel" moda
evi yeni yarananda gəlirini təkcə dodaq və dırnaq boyalarının satışından
əldə edirdi.
"Dolce Qabana" isə ən böyük gəlirini idman ayaqqabıları və cins geyimlərindən
götürürdü. Qeyd
edim ki, bunların da qiyməti kifayət qədər baha idi. Bir sözlə,
gərək əvvəldən
işlərini düzgün
qurasan ki, bundan müəyyən nəticələr də əldə edə biləsən. Ona görə deyirəm ki, brendləşmə, markalaşma çox çətindir. Brendlərin
yaradılması və
onların menecmenti haqqında Avropada 6 aylıq kurslar keçirilir. Əgər ehtiyac duysam çalışacam ki, mən də həmin kursları keçim. Bu, mənim fikrimdə var, tam hazır olandan sonra belə
bir addım atacam. Düzdür, moda sahəsində kifayət qədər təcrübəm var və inanıram ki, bu təcrübə
mənə müəyyən
məqamlarda kömək
olacaq. Amma daha uğurlu olması üçün
üzərimdə bir
az da
çalışmalıyam və inanıram ki, Azərbaycanda milli brend olacaq.
- Çoxdan söyləmişdiniz ki, sizin adınızı daşıyan ətirlər
hazırlanacaq. Bununla bağlı
nə deyə bilərsiniz, hazırlıq
işləri görülürmü?
- Bəli, ətirlər istehsal olunacaq. Bu barədə hazırda
danışıqlar gedir,
bir sıra məsələlər həll
olunduqdan sonra ətirlərin istehsalına
başlanılacaq.
- Bu gün brend yaradarkən daha çox geyimlərə də üstünlük verilir. Bəs geyimlər nə zaman hazırlanacaq və hansı geyimlərə üstünlük
verəcəksiniz?
- Yəqin gecə geyimləri olacaq. Mənim bir neçə beynəlxalq müsabiqəyə göndərdiyim
dosye var ki, orada SD-lər,
DVD-lərdə fotoşəkillər
var. Bəlkə də
o dosyeni araşdıran
peşəkar menecerlər
strategiyanı formalaşdırıb
söyləyəcəklər ki, hansı istiqamətə daha çox nəzər yetirmək lazımdır.
Ona görə də qəti qərara gəlməmişəm. Eyni zamanda
burada gəliri də düşünmək
lazımdır. Yəni əvvəlcədən
düşünməliyəm ki, geyim növü,
kosmetik vasitələr,
aksessuarla bağla
firma yaratsam hansı mənə gəlir gətirəcək. Həm də
brend təkcə istehsalat tələb etmir, həm də böyük reklam tələb edir. Ümumiyyətlə, bütün moda
istiqamətləri həmişə
reklam tələb edir. Eyni zamanda reklam
strategiyası da maraqlı və diqqətçəkən olmalıdır.
Güclü fantaziya və
peşəkarlıq qabiliyyəti,
modada daim yenilik etmək də buraya daxildir. Mən topladığım bu təcrübə ilə yüz ölçüb, bir biçməliyəm ki, atdığım addım
uğurlu olsun.
- Fəxriyyə xanım, kolleksiyalarınzda
qeyri-adi rənglərə
və milli çalarlara üstünlük
verirsiniz. Maraqlıdır, ən çox
hansı rəngləri
sevirsiniz?
- Əslində mən
rəngləri bir-birindən
ayırmaq istəməzdim. Çünki elə rəng ola
bilər ki, o mənim xoşuma gəlməsin, amma başqa bir gənglə onu sintez edəndə çox maraqlı kolleksiya əldə edim. Odur ki,
bütün rəngləri
sevirəm, hər rəngin öz gözəlliyi var. Pis rəng yoxdur, sadəcə onu düzgün formada təqdim edə bilməyənlər, yəni
uyğunlaşdırıb sintez
edə bilməyənlər
var. Mən kolleksiyalarımda
bütün rənglərdən
sevə-sevə istifadə
edirəm və həmin paltarın üzərində işləyərkən
heç vaxt narahat olmuram, əksinə özümə
inanıram ki, bu, həm rənginə,
həm də modelinə görə, digər kolleksiyalarımdan
geri qalmayacaq.
- Bəs keçirilən model yarışmaları
ilə bağlı nə deyə birərsiniz?
- Bilirsiniz
ki, "Best Model" yarışmasının
Azərbaycanda keçirilməsinə
mən təşəbbüs
göstərdim. Belə ki,
təşkilatı ilə
neçə illərdir
ki, tanışlığım
var və "Best Model"i 2000-ci ildə Azərbaycana mən təqdim etdim. Sonra o müsabiqə burada necə davam etdi, sonu necə
oldu, onu bilmədim, yəni maraqlanmadım. Bu gün
isə bunun üstündən 8 il keçib və mən geriyə qayıtmaq istəmirəm. İstəyirəm ki, bundan da yaxşı müsabiqələr keçirilsin.
Şəxsən mən münsif
kimi digər müsabiqələrdən təklif
almışam, amma təklifi qəbul etməmişəm. Ona görə
ki, bu gün
heç bir moda müsabiqələrində
münsiflər heyətinin
çalışma mexanizmi
düzgün qurulmayıb
və indiyə qədər mən bunu başa düşməmişəm. Mən beynəlxalq üslubda çalışmağın tərəfdarıyam.
Çünki bizə dünya
standartlarına cavab verən keyfiyyətli nəticələr lazımdır.
- Fəxriyyə xanım, sizin işlərinizdən, yaradıcılığınızdan
söhbət açdıq.
Bəlkə bir az da özünüzdən, şəxsi
həyatınızdan danışaq.
- Əslində bu
barədə danışmağı
o qədər də sevmirəm. İstəyirəm ki, tamaşaçılarım
mənim yaradıcılıq
işlərimlə maraqlansın.
Amma özüm barədə çox şayiələr
eşitmişəm. Bu,
məni sözün əsl mənasında həmişə narahat edir. Mənim başqası ilə
ailə qurduğum deyilir. Amma burada heç
bir həqiqət yoxdur. Adımı elə bir adamla hallandırırlar ki, ümumiyyətlə zövqümə uyğun
insan deyil. Əgər adım mənə yaraşan və zövqümə uyğun
olan biri ilə çəkilsə,
buna o qədər də mənfi reaksiya vermərəm.
Ona görə də adımı belə şayiələrdə hallandıranlara
sizin qəzet vasitəsilə demək istəyirəm ki, hələ ki, ailə həyatı qurmaq istədiyim şəxs qarşıma çıxmayıb. Xülyalarımda
canlandırdığım "ideal kişi"nin boyu olduqca hündür,
özü isə mənim xarici görünüşümə uyğun olmalıdır. Düzü, insanda daxili aləmi də çox qiymətləndirirəm.
Amma xarici görünüşün
yüksək səviyyədə
olması mənim üçün əsas şərtdir.
Üç nöqtə.- 2008.- 20 dekanr.- S. 15.