İbrahimova S.  

 

Bakıda Rusiya kino həftəsi

 

Dekabrın 20-dən 26-dək Bakıda Rusiya kino həftəsi keçiriləcək. Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək kino həftəsi çərçivəsində yeni filmlər nümayiş olunacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, filmlərin nümayişi ittifaqın kino zalında keçiriləcək.

Proqrama görə, Rusiya kino həftəsi çərçivəsində son illərdə istehsal olunmuş "Yarik" (ssenari müəllifi Andrey Şerbinin, reyissor Sesil Anri Aleksandr Laslo), "Kazus Belli" (ssenari müəllifi İvan Kiasaşvili, reyissor İqor Uqolnikov), "Solğun yarpaqların blyuzu" (ssenari müəllifi Aleksandr Aqaşin, reyissoru Aleksandr Mixaylov Eduard Redyepov), "Sən yuxarıda, mən aşağıda" (ssenari müəllifi Y.Yeqorov, reyissor H.Denisov), "Virtual roman" (ssenari müəllifi Valeriy Baykeeva, reyissor Roman Nesterenko), "Ata-babaların sandığı" (ssenari müəllifi Yekaterina Tirdatova, reyissoru Nurbek Yeqen) filmləri göstəriləcək.

 

Kaspi.- 2008.- 11 dekabr.- S. 16.