Günay
Dörd ölkə rejissorunun
birgə layihəsi
“Ermənilərdən
üzr istəyirəm” kampaniyasına kimlərin imza atıb
atmadığına dair mübahisələrə
əhəmiyyət verməyən bir gənc azəri rejissoru
türk, erməni və gürcü həmkarları ilə
birlikdə ortaq bir işə imza atıb.
Bir araya gələn
gənc rejissorlar, İstanbul təəssüratlarını
müştərək olaraq çəkdikləri bir
sənədli filmdə əks etdirəcəklər. TRT ilə
Fransa səfirliyinin birgə təşkil etdiyi bu
layihədə ikisi Türkiyədən olmaqla beş rejissor
iştirak edir. Ən maraqlı məqamlardan biri də ondadır
ki, xarici rejissorlar İstanbula ilk dəfədir gəlirlər.
Fransız rejissor Paul Saadoun rəhbərliyi ilə çəkilən
televiziya sənədli yazısı üzərində
müzakirələr aparan gənc rejissorlar, sənədli
filmin çəkilişlərinə 2009-cu ilin bahar aylarında
başlayacaq. Hər rejissorun özünəməxsus bir
formada çəkdiyi İstanbul görüntüləri bir
araya toplanacaq. Sonda isə "İstanbul" filmi meydana
gələrək yayımlanacaq. Nəzərə
çatdıraq ki, bu sahədə ilk olaraq iştirak
edəcək rejissorlar Mari Qulbiyani (Gürcüstan), Asif
Rüstəmov (Azərbaycan), Qor Bağdasaryan (Emnənistan),
Ece Soydam (Türkiyə) və 5 ildir Türkiyədə
yaşayan Bertrand Qlosetdir. Xatırladaq ki, gənc azəri
rejissor, Moskvada Rüstəm İbrahimbəyovun kurslarını
da bitirib. Axı, cənab İbrahimbəyovun ermənilərlə
müştərək iş təcrübəsi çox
zəngindir.
Paritet. -2008.- 23-24 dekabr.- S. 6.