Kino sahəsində regional
və çoxtərəfli
əməkdaşlıq genişləndiriləcək
Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində İtaliyanın Turin şəhərində "Cross-Border
Cinema Culture (Sərhədyanı Kino Mədəniyyəti)" layihəsinin
koordinatorlarının növbəti
görüşü keçirilib.
2007-ci ildən həyata
keçirilən layihənin
tərkibinə 5 ölkə-
Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan daxildir.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata əsasən,
Azərbaycanın CBCC layihəsinə qoşulmaqda məqsədi
kino sahəsində regional və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi,
kino irsi problemlərini aradan qaldırmaq, peşəkar
treninqlərdə iştirak etmək imkanı əldə
etmək, film istehsalı sahəsində beynəlxalq
əlaqələri genişləndirmək, regional kino
siyasətini inkişaf etdirmək, kino sahəsində
mövcud qüsur və problemlərin həlli
istiqamətində tədbirlər görmək və s.dən
ibarətdir. Növbəti görüşün 2009-cu ilin mart
ayında keçirilməsi gözlənilir
Səs.- 2008.- 16 dekabr.- S. 12.