Sumqayıtda
Qubadlı Rayon Mədəniyyət və Turizm
Şöbəsi üçün yeni bina istifadəyə
verilmişdir
Sumqayıt
şəhərində Heydər Əliyev Fondunun
dəstəyi ilə Qubadlı Rayon Mədəniyyət və
Turizm Şöbəsi üçün tikilmiş inzibati bina
istifadəyə verilmişdir.
Bu münasibətlə
keçirilən mərasimdə Qubadlı Rayon İcra
Hakimiyyətinin başçısı Malik İsaqov,
Mədəniyyət və Turizm Nazirliyinin,
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin nümayəndələri, rayon
ağsaqqalları və ziyalıları çıxış
etmişlər.
Natiqlər Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın bu nəcib addımını yüksək
qiymətləndirmiş, diqqət və qayğıya
görə minnətdarlıqlarını bildirmişlər.
Natiqlər mərasimin dekabrın 24-nə düşməsinin
təsadüfi olmadığını vurğulamışlar.
Qeyd etmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin
doğum günü ilə əlaqədar
açılış mərasimi əsl el şənliyinə
çevrilmişdir. İstifadəyə verilən nəfis
tərtibatlı bu mədəniyyət ocağı
dövlətimizin, şəxsən ölkə
başçısının mədəniyyətimizin
inkişafına, məcburi köçkünlərin
problemlərinin həllinə, onların həyat
səviyyəsinin yüksəldilməsinə göstərdiyi
diqqətin bariz nümunəsidir.
Yeni binada şöbə
əməkdaşlarının normal fəaliyyəti
üçün hər cür şərait
yaradılmışdır. Rayon tarix-diyarşünaslıq
muzeyi də burada yerləşəcəkdir.
Mərasim respublikanın tanınmış
incəsənət ustalarının böyük konsert
proqramı ilə davam etmişdir.
Xalq qəzeti.- 2008.- 25 dekabr.- S. 7.