Mükərrəmoğlu M.

 

Onun filmlərində insanın mübariz ruhu yaşayır

 

Bu yaxınlarda “Həsən Seyidbəyli” sənədli filminə yenidən tamaşa etdim. Salnaməstudiyasında lentə alınmış bu kinoəsər, əslində, Həsən müəllimin filmləri haqqındadır burada böyük sənətkarın milli kino sənətimizin inkişafındakı rolu ustalıqla açılır. Məqsədim film haqqında danışmaq deyil. Ömrünün 40 ildən çoxunu yaradıcılığa həsr etmiş bir insanın həyat yaradıcılığına qısa nəzər salmaq yerinə düşərdi.
Həsən müəllim yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığındaKür sahillərində” (1953), “Telefonçu qız” (1960) povestləri, “Uzaq sahillərdəromanı (1954, İ. Qasımovla birgə), “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ. Qasımovla birgə"), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954, İ. Qasımovla birgə) “Sən niyə yaşayırsan” (1959, İ.Qasımovla birgə) pyesləri əhəmiyyətli yer tutur.

Ümumiyyətlə, xalqımızın mənəvi dünyasının formalaşmasında Həsən müəllimin mühüm xidmətləri olub. Onun qəhrəmanları mənəviyyatca saf, cəmiyyətdə öz mövqeləri, dünyaya öz baxışları olan insanlardır. Bu insanlarda nümunə götürüləsi çoxlu müsbət keyfiyyətlər var. hər dəfə Həsən Seyidbəylinin filmlərinə baxarkən orada yeni bir şey tapırsan, onlardan nəsə öyrənirsən.

Həsən Seyidbəyli sovet kinosunun aparıcı rejissorlarından, sovet ədəbiyyatının qabaqcıl nümayəndələrindən olub. Amma bu böyük sənətkarın yaradıcılığında hər şey bəşəridir, bəşəri ideyalardan qaynaqlanıb. Həsən müəllim tarixdən , müasir dövrdən əsər yazanda, yaxud film çəkəndə Azərbaycan xalqının mənəvi dəyərlərini həmişə meyar kimi əsas götürmüşdür. Həsən Seyidbəylinin əsərlərində həmişə milli ruh, milli qeyrət hakim olmuş, bu torpağa, bu təbiətə vurğunluq onun əsərlərini səmimi təbii etmişdi. Bu əsərlərdə zahirən adi görünən hadisələrdəki gizli mətləblərin, dövrün, zamanın nisgilli ağrılarının onun poetik zəkasının, təxəyyülünün süzgəcindən keçdiyini aydın hiss edirsən. Seyidbəylinin əsərlərində elə aydın notlar, elə səmimi deyimlər var ki, bunu yalnız onun yaradıcılığına xas olan keyfiyyətlər kimi qiymətləndirmək lazımdır.

Həsən Seyidbəyli Bakıda doğulmuşdu. Abşeronun sərt təbiəti, Xəzərin romantik görünüşü onun qəlbində poetik bir təxəyyül formalaşdırmışdı. Həsən müəllim kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” (1947), “BakıdanGöygölədək” (1948) film- oçerkləri kinematoqrafımıza istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, Vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu.

Amma “Uzaq sahillərdə” filmi bu istedadlı yazıçının kinodramaturq kimi ilk uğurlu addımı idi. Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” ssenarisində kinematoqrafın bütün tələbləri layiqincə, yerli-yerində əks etdirilmişdi.

Kinodramaturgiyamızda müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari müəlliflərinə böyük şöhrət gətirdi və kinorejissor Tofiq Tağızadə filmə çox orijinal quruluş verdi. Film 1958-ci ildə nümayiş etdirildi. Həmişə onun həm ssenarisini yazdığı, həm rejissor kimi quruluş verdiyiTelefonçu qız”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Kimi daha çox sevirik s. bu kimi filmləri birləşdirən ümumi cəhəti tapmağa çalışmışam. qənaətim bundan ibarətdir ki, Həsən Seyidbəylinin bu filmlərində ümumi bir cəhət var. O da qəhrəmanların milli xarakteri, hadisələrə poetik ahəng vermək bacarığıdır. Onun yaratdığı personajlar adi adamlar idi. Əksəriyyəti həyatda öz yerini axtaran bu yolda çətinliklərlə qarşılaşan gənclərdir. O, gənclərin taleyini tədqiq edir, bəzən bədii ümumiləşdirmə vasitəsilə müxtəlif xarakterlərə məxsus adamları ekrana gətirir, onları həyatın sınaqlarından keçirir. Bu filmlərə tamaşa etdikcə mənən saflaşırsan, sabaha nikbin nəzərlərlə baxırsan.

Həsən Seyidbəylinin qəhrəmanlarının mənəviyyatında ülvi bir təmizlik var, bu keyfiyyət onları yaddaşımıza həkk edir, bizi, cəmiyyəti təmizliyə, paklığa səsləyir. Sən niyə susursan?” (1966) filmi onun öz ssenarisi əsasında çəkdiyi filmlərdəndir. Burada insanların təmiz mənəvi duyğuları əks olunur. Amma müharibə mövzusunda lentə aldığıBizim Cəbiş müəllimdaha çox diqqəti çəkir. Hər dəfə bu filmə tamaşa edəndə yeni bir keyfiyyət tapırsan. Cəbiş müəllim təmiz, saf duyğularla yaşayan, cəmiyyətin ağrılarını öz içərisindən keçirən humanist bir insandır. Hətta o dərəcədə sadəlövhdür ki, bəzən onun belə münasibətləri ətrafındakılara qəribə görünür. “Bizim Cəbiş müəllimbəlkə o dövrdə humanist prinsipləri əks etdirən ən yaxşı filmlərdən idi. Xalq artisti Süleyman Ələsgərov əslində kino aktyoru deyildi. Amma Həsən müəllim onu kinoya gətirdi milli kinomuzun ən uğurlu qəhrəmanlarından birinə çevirdi. Həsən Seyidbəylinin aktyor axtarışları həmişə dəqiq cəlbedici olmuşdur. “Nəsimini Həsən müəllim çəkdi. Bu böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək, doğrudan da, riskli bir idi Həsən müəllim belə bir risk etdi. Film çox səviyyəli alınmışdı Nəsiminin dövrü, onun həm şair, həm yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları, həqiqətən, valeh etmişdi. Həsən müəllim baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, Rasimi kinomuz üçün kəşf etdi. Həsən müəllim milli kinomuza Nəsiminin bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii obrazlarını yaratdı. Film mükafat da aldı, festivallarda da uğurla nümayiş etdirildi.

Həsən müəllim gözəl təşkilatçı idi. Azərbaycan Kinematoqrafçılar İttifaqına uzun müddət rəhbərlik etmişdi. Məhz onun dövründə bu təşkilat kino sənətimizin əsl yaradıcılıq mərkəzinə çevrilmişdi. Burada tez-tez görüşlər keçirilərdi, kino işçilərinin problemləri burada çözülərdi. Onun sədrliyi dövründə ittifaqın bir neçə qurultayı da olmuşdu. O, kino işçilərini səfərbər etməyi bacarırdı.

Bununla yanaşı, Həsən müəllim yaradıcılığını da davam etdirirdi. Yeni filmlər çəkir, ssenarilər üzərində işləyirdi. Həm gənclərin kinoya cəlb olunması üçün əlindən gələni əsirgəmirdi. Ömrünün son vaxtlarında Həsən müəllimXoşbəxtlik qayğıları çəkdi. Bilmirəm, nədən bu mövzunu seçmişdi. Niyə xoşbəxtlik qayğıları ömrünün bu yaşında onu narahat etmişdi? Ssenarini özü yazmışdı. O, bizləri xoşbəxt görmək istəyirdi. İstəyirdi ki, yaşadığımız cəmiyyətdə inkişafımıza mane olan hər şey aradan götürülsün. Bu filmdə onun qəhrəmanları köhnəliyin qalıqlarına qarşı çıxırlar, hər şeyi yenidən başlamaq istəyirlər. Yeniliklər isə həmişə təzyiqlərlə qarşılanır.

Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə, ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha həssas yanaşmağa səsləyir.

Onun xatirə günü, yəqin ki, “Həsən Seyidbəyli” sənədli filmi hansısa televiziya kanalı ilə nümayiş etdiriləcək. Çalışın, həmin filmə baxın, onu daha yaxından tanıyın.

Xalq qəzeti.- 2008.- 27 dekabr.- S. 6.