Mürvətqızı S.

 

Rasim Balayevin 60 illiyi Ağsuda qeyd olunub

 

Ağsu şəhər mədəniyyət sarayında xalq artisti Rasim Balayevin 60 illik yubileyilə bağlı mərasim keçirilib. Doğulub boya-başa çatdığı yurdun ziyalılarının, ictimaiyyət nümayəndələrinin, sənət dostlarının, respulikamızın tanınmış elm, mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə "milli kinonun iftixarı" adlandırılan Rasim Balayevin sənət yoluna nəzər salınıb. Xalq şairi Zəlimxan Yaqubun aparıcısı olduğu gecədə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, millət vəkili Ərəstun Cavadov, xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, professor İlham Rəhimli, Neft Akademiyasının professoru Ələkbər Həsənov başqaları yubilyarın həyat sənət yolunun ayrı-ayrı məqamlarından, uğurlarından söz açıb, onun sadə, səmimi, diqqətcil qayğıkeş insan olduğunu vurğulayıblar.

Rasim Balayev tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

Yaradıcılıq gecəsi tanınmış incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.

 

525-ci qəzet.- 2008.- 23 dekabr.- S. 7.