Paytaxtımızda Misir filmləri həftəsi
Kinematoqrafçılar
İttifaqında Bakıdakı
Misir Mədəniyyət
Mərkəzinin və
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Misir filmləri həftəsinə
start verildi.
Mərasimdə
çıxış edən Misir Mədəniyyət Mərkəzinin
direktoru, professor Adel Darviş qardaş ölkələrimiz
arasında daha da güclənən mədəni
əməkdaşlığı yüksək
qiymətləndirdiyini bildirdi. O, 1935-ci ildə
yaradılan Misir kinosunun tarixi ənənələrindən,
hazırda bu ölkədə istehsal olunmuş 3 mindən
çox filmi dünyanın rəğbətlə
qarşılamasından danışdı.
Azərbaycan
Film Fondunun direktoru, əməkdar incəsənət xadimi
Cəmil Quliyev Misir kinosunun şöhrətindən, Tofiq
Saleh, Yusif Şahin kimi görkəmli rejissorların yaradıcılığından
söhbət açmış, hər zaman olduğu kimi, bu
dəfə də Misir filmləri həftəsinin
Azərbaycanda rəğbətlə
qarşılanacağına əminliyini vurğuladı.
Həftə
ərzində Misirdə istehsal olunmuş "Yuxusuz
gecələr", "Taleh", "Yer kürəsi"
və "Ceyran qanı" filmləri nümayiş
etdiriləcəkdir. Ekran əsərlərinin nümayişi
dekabrın 19-dək davam edəcəkdir. Tədbirin sonunda nümayiş etdirilən
"Yuxusuz gecələr"
filmi rəğbətlə
qarşılandı.
Səs.- 2008.- 17 dekabr.- S. 1; 2.