Azərbaycan Prezidentinin sərəncamları ilə təltif olunan mədəniyyət işçilərinə fəxri adların sənədləri təqdim edilmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət işçilərinin bir qrupuna fəxri adlar təqdim edilmişdir. Bu münasibətlə dekabrın 23-də Muzey Mərkəzində keçirilən mərasimdə Ramiz Zöhrabova, Rəhim Babayevə, Brilyant Dadaşovaya, Aygün Kazımovaya, Nazpəri Dostəliyevaya, Zülfiyyə Xanbabayevaya, Faiq Ağayevə, Nisə Qasımovaya və başqalarına "Azərbaycan Respublikasının xalq artisti", İmruz Əfəndiyevaya, Dilarə Əliyevaya, Fəxrəddin Kərimova "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", İzaməddin Bağırova, Vidadi Məmmədova, Fəranə Musayevaya, Ulduzə Nəsirovaya və başqalarına "Azərbaycan Respublikasının əməkdar artisti", Vaqif Abbasova, Nadir Babayevə, Mübariz Quliyevə və başqalarına "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adlarının sənədləri və döş nişanları, Mübariz Əliyevə və Nadir Həşimova "Tərəqqi" medalı verilmişdir.

 

Azərbaycan.- 2008.- 24 dekabr.- S. 11.