Babayev V.
Retro-musiqi
festivalının 3-cü turu yekunlaşdı
Qaliblər Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında
mükafatlandırılacaqlar
Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının Azərbaycan
Bəstəkarlar İttifaqı
ilə birgə təşkil etdiyi “Ötən illərin mahnıları” retro-musiqi
festivalının son turu
başa çatıb. Bu günlərdə
Bakının Bakıxanov
qəsəbəsində yerləşən
Adil İsgəndərov
adına Mədəniyyət
Sarayında yekunlaşan
3-cü tura Dövlət
Neft Şirkətinin tabeliyində olan 8 mədəniyyət sarayını
təmsil edən 15 iştirakçı qatılıb.
Bu mərhələyə
ümumilikdə 90 ifaçı
keçmişdi. Xatırladaq
ki, festivala ölkəmizin müxtəlif
bölgələrini təmsil
edən ifaçılar
qatılıb. Onun təşkilində
əsas məqsəd gənclərin zövqünü
xalqımızın musiqi
korifeylərinin yaradıcılığının
ən yaxşı nümunələri ilə
tərbiyələndirmək və istedadlı gəncləri üzə çıxarmaqdır. İştirakçılar
istedadlarını ötən
illərdə yazılmış
vətənpərvərlik və əmək mövzusunda, həmçinin
lirik mövzularda 3 mahnı oxumaqla nümayiş etdirdilər.
Müsabiqənin
yekunlarına əsasən ARDNŞ-in Səttar Bəhlulzadə
adına Mədəniyyət Sarayının solisti
Zülfiyyə Məmmədova 1-ci, Adil İsgəndərov
adına Mədəniyyət Sarayının solisti
Rəcəb Musayev isə 3-cü yerə layiq
görüldülər. Qeyd edək ki, Zülfiyyə
9 yaşından musiqi
ilə məşğul
olur. Amerika, Braziliya, Fransa da daxil olmaqla
dünyanın 11 ölkəsində
milli musiqimizi fərqli festivallarda təmsil etmiş qalibimizin Kanadada muğam ifalarından ibarət diski də buraxılıb. Zülfiyyə həmcinin 2000-ci ildə Üzeyir Hacıbəyovun 115 illik yubileyinə həsr olunmuş muğam festivalında 1-ci yerin qalibi olub. 2005-cı ildə isə o, dahi
bəstəkarın 120 illik
yubileyinə həsr olunmuş muğam festivalında ilk onluğa düşərək,
“diplomat” adına layiq görülüb.
Bəstəkarlar
İttifaqının sədri, professor, xalq artisti Firəngiz
Əlizadənin rəhbərlik etdiyi münsiflər
heyətində Bakı Musiqi Akademiyasının (BMA) professoru
Ramiz Zöhrabov, BMA-nın dosenti Zemfira Qafarova, əməkdar
mədəniyyət işçiləri Elnarə Dadaşova
və Tofiq Quluyev, Azərbaycan Dövlət Opera və Balet
Teatrının baş rejissoru Hafiz Quliyev təmsil olunurdular.
Həmkarlar
İttifaqı Konfederasiyasının mütəxəssisi
Xoşqədəm Bağırovanın bildirdiyinə
görə, festivalın qalibləri dekabrın 20-də
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında
Dünya Azərbaycanlılarının Həmrəyliyi
gününə həsr olunmuş tədbirdə
çıxış edəcək və
mükafatlandırılacaqlar.
Qeyd
edək ki, 1-ci yerin qalibinə 400, 2-ci yerin qalibinə 300,
3-cü yerin qalibinə isə 200 manat pul mükafatı
veriləcək.
İki sahil.- 2008.- 17 dekabr.- S. 8.