Cəvahir

 

Qədim mahnılarımızın axtarışında

 

Milli Elmlər Akademiyasının Folklor İnstitutu qədim xalq mahnılarımızın tədqiqatını davam etdirir. İnstitutun direktoru Hüseyn İsmayılovun qəzetimizə verdiyi məlumata görə, mahnılar bölgələr üzrə araşdırılır: "Mahnıların kökü, yaranma tarixi, eləcə də ilkin variantı müəyyən olunacaq. Sonda həmin mətnlər mahnının yarandığı bölgənin folklor antologiyasında daxil ediləcək". H.İsmayılovun sözlərinə görə, artıq "İrəvanda xal qalmadı" mahnısı Azərbaycan Folklor Antologiyası seriyasından olan "İrəvan çuxuru" antologiyasına (10-cu cild) daxil edilib.

 

Mərkəz.- 2008.- 3 dekabr.- S. 11.