Elza İbrahimovaya həsr olunmuş yaradıcılıq gecəsi keçirildi

 

Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, Mahaçqalada Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Dövlət Muğam Teatrının Dağıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dağıstanın Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın yaradıcılıq gecəsi keçirilib.

Azərbaycan-Dağıstan dostluq cəmiyyətinin prezidenti Əbdülqafar Əhmədov "Zamanların əlaqəsi" ictimai təşkilatının sədri Səkinə Babayeva gecənin fəxri qonaqları olmuşlar.

Tədbirdə çıxış edən Dağıstan mədəniyyət nazirinin müavini Badrijat Məhəmmədhacıyev açaraq bildirmişdir ki, dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimova qardaş Azərbaycanın mədəniyyətinə dəyərli töhfələr vermişdir. Akademik janrlarda yazılan əsərlərdən başqa Azərbaycan Dağıstan şairlərinin şeirlərinə yazılmış mahnıları da ona böyük populyarlıq gətirmişdir. Bu mahnıların əksəriyyəti iki respublikanın tanınmış müğənnilərinin repertuarına daxil edilmişdir.

Dağıstan Bəstəkarlar İttifaqının sədri Ramazan Fətəliyevin sözlərinə görə, Elza İbrahimovanın yaradıcılığı onun qəlbini musiqi dilinin rəngarəngliyi ilə fəth etmişdir.

Tədbirin sonunda Elza İbrahimovanın əsərlərindən ibarət konsert proqramı iştirakçılara təqdim olunmuşdur.

 

Səs.- 2008.- 26 dekabr.- S. 12.