Tatarıstan Dövlət Şurasının sədri Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşmüşdür

 

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyində Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muhamedşin və Tatarıstan Baş nazirinin müavini-mədəniyyət naziri Zilya Valeyeva Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşmüşlər.

Azərbaycan tərəfdən görüşdə “Tuqantel” Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, tatar ziyalılarının nümayəndələri iştirak etmişlər. Görüşdə Azərbaycanda yaşayan etnik tatarlara aid bir sıra məsələlər müzakirə olunmuşdur.

F.Muhamedşin görüş iştirakçılarına Azərbaycana səfərindən danışmışdır. O, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransının gedişində baş tutmuş dialoqdan məmnun qaldığını bildirmiş, bu cür görüşlərin əhəmiyyətini qeyd etmişdir.

Xalq qəzeti.- 2008.- 4 dekabr.- S. 2.