Əsilbəyli X.
Mobil Babayev: "Sovet
dövründə bu qədər işləri
görsəydim..
Yaradan
qəlb həssas olar
Həmsöhbətimiz
tanınmış bəstəkardır.
Həmişə deyir:
"Məndən sonra
1 dəqiqə musiqim səslənəcəksə, demək,
xoşbəxt insan olmuşam". Beləliklə,
bu gün müsahibimiz populyar bəstəkar Mobil Babayevdir.
-
Musiqi ilə məşğul olmağa məni atam sövq
etdi. Bülbül adına
musiqi məktəbində
təhsil aldım. Getdikcə musiqiyə olan marağım artdı. Konservatoriyada Cövdət Hacıyevin sinfinə daxil oldum. Bizə Qara Qarayevin də dərslərini dinləməyə icazə
verirdilər. Konservatoriyanı
bitirdikdən sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra dedilər ki, Bəstəkarlar İttifaqına dixil olmalısan və bunun üçün də asudə əsər yazmalısan. Deyilən kimi də etdim. Əsər səsləndi
və məni Bəstəkarlar İttifaqına
qəbul elədilər.
Estrada mahnı janrında musiqi yazdım. İl ərzində 1 - 2 bədii
filmə mahnı yazırdım. Kinostudiyada
nədənsə mənim
musiqimdən xoşları
gəlirdi. 1974-cü ildən
kinolara musiqi yazmağa başladım. Filmlərə mahnı yazmaqda çətinlik yoxdur. Rejissor sənin musiqinə qulaq asır, bəyənir və dəvət edir. İlk dəfə məni filmə dəvət edəndə rejissor 1-ci simfoniyama qulaq asmışdı. 20 dəqiqəlik sənədli
film çəkirdi. O
əsər diplom işim idi. Onu lentə yazmışdılar. Rejissor
dedi ki, gəl bir yerdə
işləyək. Sonra
həmin filmin musiqisinə Moskvadan -
"Mosfilm"dən
gələn rejissor Rəşid Atamalıbəyov
qulaq asıb bəyənmişdi.
O,
dramaturq Maqsud İbrahimbəyovun "Mezozoy
əhvalatı" filmini çəkməyə
gəlmişdi. Kinolara musiqi yazmağım belə başladı. Kinoda tanışlıq, qohumbazlıq olmaz. Çünki hər rejissor istəyir ki, filminin musiqisi
onun fikrinə, filminin ümumi mənzərəsinə kömək
olsun. Çünki kino göz qabağındadır
və daimi qalır.
Mahnını
isə ildə 1 - 2 dəfə Flora xanım, Mübariz
Tağıyev, Cəfər Behbudov, Firəngiz Rəhimbəyova
üçün yazırdım. Mahnı
yazanda maaşdan əlavə 250 rubl qonorar verirdilər. O dövrün musiqi dünyasında ən yaxşı illərimi yaşamışam. Bəstəkarlar
İttifaqının mahnı
şöbəsində yazılan
mahnılar analiz edilirdi. Hərə öz fikrini deyirdi. İndi təəssüflər olsun
ki, belə şey yoxdur. Hər kəs özü üçündür.
Kim nə istəyir, nə cür bacarır onu səsləndirir, notları köçürür.
Mənəvi cəhətdən
o vaxt böyük
stimul vardı və bu, adamı
yeni əsərlər
yazmağa ruhlandırırdı.
-
Hazırda nə kimi yenilikləriniz var?
-
Bir-iki diskim buraxıldı. 4-cü simfoniyamı
bitirmişəm. Nota köçürülüb. "Bu dünya" adlı oratoriya üzərində işləyirəm.
Bir-iki librettom var, maliyyə problemləri üzündən
həyata keçirə
bilmirəm. Bu artıq 13 ilin arzusudur. Səslənən
əsərlərimin bəzisinin
səslənməsindən razıyam. Bəzi kollektivlərdə ifa dərəcəsi yüksək
deyil. Bu yaxınlarda kantatam səsləndi. Dirijor əsərləri korladı.
İfaçılardan çox
şey asılıdır.
-
Müasir bəstəkarların əsərləri sizi qane edirmi?
-
Yazanlar var... Bu yaxınlarda
Alman Mədəniyyət
Mərkəzində gənc
bəstəkarların əsərlərinə
qulaq asdıq. Hər kəs öz yolunu seçir - biri mahnı, biri simfonik əsər və sair yazır.
İstedadlar, sözsüz
ki var, ancaq
parlaq istedadlar yoxdur. Bəstəkara onun əsərinə görə qiymət qoyulur. İş ondadır bu gün gənc bəstəkarların əsərləri,
xüsusən simfonik əsərlər çox
səslənmir. Mahnılar
üçünisə yol
açıqdır. Mahnı
yazmaq mənimçün
əsasdır. Son illər cavanlar, orta nəsil üçün mahnılar
çox yazmışam.
Bilirsiniz ki, kommersiya dövranıdır.
Studiyaların birində
dedilər ki, böyükhəcmli əsərlərə,
simfoniyalara, oratoriyalara
kim qulaq asacaq, mahnılar yazdır. Şükür
Allaha ki, mahnıları alırlar.
O disklərdən Tofiq
Quliyevin, Rauf Hacıyevin musiqisi kimi 10 dəqiqəlik bir musiqi yaddaşlarda
qalacaqsa, bu, böyük xoşbəxtlikdir.
Bəstəkar yazır
ki, əsəri səslənsin. Son illərdə mahnıya yaxınlaşmıram. Yazanda
da bir-ikisini yazıram. Bəzən mahnılarım tanınmayan
müğənnilərin də
ifasında səslənir.
Amma yazanda mən bu barədə
fikirləşmirəm. Hər
şeyi vaxt göstərir. Sən ölüb gedə bilərsən, mahnın səslənirsə, demək,
bu şlyagerdir. Bəziləri deyir filan mahnını yazıram, bu, şlyager olacaq. Əslində, şlyageri zaman, dövr təyin edir. Estrada musiqisində dövr məsələsi
var. Sözün açığı, indi
ürəyimcə olan
müğənni görmürəm
ki, ona mahnımı
verim.
Məndən
sonra 1 dəqiqə musiqim səslənəcəksə,
demək, xoşbəxt insan olmuşam. Bir
tərəfdən xoşbəxtəm
ki, 20 - 30 bədii filmə, eyni zamanda multfilmlərə, sənədli filmlərə
musiqi yazmışam. Rejissorlar məni çağırırlar. Deməli,
mən yaşayıram.
Düzdür, insan istəyir özünə
nə isə alsın, özünü təmin etsin. Sovet dövründə bu qədər işləri görsəydim,
hər şeyim var idi. Onda
3 ildənbir maşın
dəyişirdim. Bəstəkarlar
İttifaqında, kinostudiyada
növbəyə durub
maşın alırdım.
İndi filmlərdən
elə pul verirlər ki, dolanışığa güclə
çatır...
Həftə içi.- 2008.- 2 dekabr.- S. 6.