Karaoke çempionatında ən çox reytinq toplayan mahnılar bəlli oldu
Xəbər
verdiyimiz kimi Bakıda karaoke üzrə dünya
çempionatı çərçivəsində ilk
müsabiqə keçirilir. Tədbir təşkilatçılarından
olan Zaur Kamalın məlumatına
görə, çempionat
uğurlu keçir və bu, nəniki
sadə adamların-canlı ifanın tərəfdarlarının, estrada
ulduzlarının, incəsənət
işçilərinin, idmançıların
və biznes nümayəndələrinin iştirakı
ilə məşhurlaşıb. Eyni zamanda, bir çox
şirkətlərin bütöv
bir komandaları
("Nestle", bp və s.) iştirak
edirlər. Məlumatda
bildirilir ki, bu günə kimi çempionatda 367 namizəddən seçilmiş
32 nəfər iştirak
edir. Dünya çempionatının təşkilat
komitəsinin şərtlərinə
görə, qaliblər
bu çempionatdan heç bir maddi gəlir əldə etməyəcəklər.
Zaur Kamal onu da əlavə
etdi ki, iştirakçıların seçimi
davam edir və hər bazar ertəsi müxtəlif mahnı janrları üzrə turlar keçiriləcək.
Dekabrın ilk günündə isə
"Azərbaycan estradası"
turu keçiriləcək.
Çempionata dekabrın
30-da yekun vurulacaq. Qeyd edək ki, dünya çemponatının təşkilat
komitəsinin şərtlərinə
görə, Bakıda
keçirilən çempionat
çərçivəsində milli mükafat təsis olunub və bu "Xəzərin karaoke hiti" adlanır. Hansı ki, bu, karaoke ifaçılarının
ifa etdiyi milli estradamızın ulduzlarının ən məşhur hitlərinə
təqdim ediləcək.
Təşkilat komitəsinin açıqlamasına
görə iki həftə ərzində
ən çox reytinq qazanan mahnılar bunlar olub. 1-ci yer Rəşid Behbudovun repertuarından "Sevgilim"
mahnısı (bəstəkar
Tofiq Quliyev), 2-ci yer "Röya Ayxanın repertuarından
"Deyin ona" mahnısı, 3-cü yer Lalə Məmmədovanın
repertuarından "Məktəb
illəri" mahnısı
(bəstəkar Aygün
Səmədzadə). Xatırladaq
ki, müsabiqənin münsiflər heyətində
xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət
xadimi Baba Vəziroğlu, aranjimançı
Yaşar Baxış,
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Əlikram Əliyev, "ŞFT" MMC-nin
rəhbəri Fərhad
Şabanovun "Stop klub"un rəhbəri
Elçin Səmədov
və Zaur Kamal təmsil olunurlar
.
Üç nöqtə.- 2008.- 2 dekabr.- S. 13.