“Karaoke”nin nominasiyalarının
sayı artırılıb
Azərbaycanda
keçirilən "Karaoke" müsabiqəsinin yekununa
sayılı günlər qalır. Dekabrın
25-də finala start veriləcək. Dekabrın 30-da isə
"Karaoke"yə yekun vuralacaq. Müsabiqənin baş prodüseri
Zaur Kamalın bildirdiyinə görə,
Karaoke üzrə Milli Təşkilat Komitəsi bu günlərdə iclas keçirib və Dünya Çempionatı
Təşkilat Komitəsinin
tələblərinə uyğun
olaraq müsabiqənin
qaydalarında dəyişiklik
edilməsi ilə bağlı protokol tərtib edib. Çempionatın həmsədrləri xalq artisti Yalçın
Rzazadə, əməkdar
artist Baba Vəziroğlu, təşkilat
komitəsinin üzvləri
- aranjemançı Yaşar
Baxış, dizayner-modelyer
Səbinə Zülalova,
"Stop" klubun direktoru Elçin Səmədov, "ŞFT" şirkətinin
direktoru Fərhad Şabanov və Zaur Kamalın iştirakı ilə təşkilat məsələlərinə baxılıb və nominasiyaların sayının artırılması
və çempionat medalları təsdiq olunub. Zaur Kamalın
sözlərinə görə,
müsabiqənin sonuncu
turunda çempionat iştirakçılarına 12 nominasiya üzrə yarışmaq üçün
azad seçim imkanı veriləcək. Nominasiyaların 6-dan 12-yə
qaldırılması ilə
əlaqədar pul prizləri ləğv olunub və yerdə qalan maliyyə vəsaiti əlavə 6 mükafatın
hazırlanmasına sərf
olunub. Qeyd edək ki, müsabiqə
iştirakçıları "Ənənəvi Azərbaycan
estadası", "Populyar
Azərbaycan estradası",
"Xarici estrada",
"Rus estradası",
"Akademik ifalar",
"Qrup ifaları"
nominasiyaları uğrunda
yarışacaqlar. Müsabiqədə
lirik və rəqs janrları olmaqla hər nominasiya üzrə 2 qalib müəyyən ediləcək.
Üç nöqtə.- 2008.- 18 dekabr.- S. 13.