Qulamova N.
Milli Konservatoriyanın
tələbələri bayram konserti təqdim ediblər
Proqram yüksək
səviyyədə qarşılanıb
2002-ci
ildən fəaliyyət
göstərən Azərbaycan
Milli Konservatoriyası
keçirdiyi bir sıra tədbirlərlə
yadda qalıb. Tikintisi başa çatdırılmayan
musiqi ocağı hazırda fəaliyyətini
İncəsənət Gimnaziyasında
davam etdirir. İlin son konserti
ilə çıxış
edən konservatoriyanın
tələbələrinin təqdim
etdiyi proqram Yeni il və
Dünya Azərbaycanlılarının
Həmrəyliyi gününə
həsr olunmuşdu.
Musiqili tədbirdə
konservatoriyanın "Solo
oxuma", "Xalq çalğı alətləri",
"Tarix-nəzəriyyə"
fakültəsinin tələbələri
iştirak ediblər. Proqram iştirakçılar
tərəfindən maraqla
qarşılanıb.
Tədbirdə eyni zamanda, Azərbaycan xalqının
görkəmli sənətkarları
anılıb və onların davamçıları
barədə söhbət
açılıb. İki
saat davam edən proqram muğam parçaları,
təsniflər, xalq mahnıları və bəstəkar əsərləri
ilə zəngin olub.
Qeyd edək ki, fəaliyyətdə olduğu illər ərzində Azərbaycan
Milli Konservatoriyasının
tələbələri Azərbaycan
və onun hüdudlarından kənarda
silsilə konsert proqramları təqdim ediblər. Məktəbin müəllim heyətinin bildirdiyinə görə,
tələbələr ifaçılıq
simalarını tapıb,
milli ənənələri
öz yolları ilə yaşadıb davam etdirirlər.
Kaspi.- 2008.- 30 dekabr.- S. 15.