Gələn il Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək

 

2009-cu ildə Azərbaycanda Türkiyə mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay bildirib. Nazir Bakının gələn il İslam Mədəniyyəti Paytaxtı elan olunduğunu xatırladaraq tədbirlərin bu çərçivədə təşkil olunacağını deyib. Ə. Günay qeyd edib ki, 2010-cu ildə isə Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Onun sözlərinə görə, bu tədbirlər İstanbulun 2010-cu ildə Avropa Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar baş tutacaq. Azərbaycan paytaxtında keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsinin qəbul olunmasını yüksək dəyərləndirən nazir bəyannamədən böyük nəticələr gözlədiyini deyib.

 

525-ci qəzet.- 2008.- 4 dekabr.- S. 7.