Məmmədli A.
Sədisiz 5 il...
Tanınmış muğam ifaçısı
Sədi Məmmədov
təkcə oxumurdu, həm də ürəkləri¸ oxuyurdu..."
...Bakı-Şamaxı yolunun, bilmirəm
neçənci... kilometrliyində Cəngi adında bir kənd var. Maşın sürənlər
həmin yolu daha çox Dövlət
Yol Polisi əməkdaşlarının
radar quraşdırdığı mərdimazar ərazi kimi də tanıyırlar, amma... Bu kəndə kimlərsə "yaşayış
məskəni" deyir, kimi də qəsəbə. 10-15 evdən
ibarət olan bu kənd və ya qəsəbə inzibati ərazi baxımından
Qobustan rayonuna aiddir. Sakinlərinin yarıqumsal, quraq təbiətə malik ərazidə məskunlaşdığı bu kəndin adının nədən
Cəngi olmasına
indiyədək dəqiq izah verən
olmayıb. Amma bu yoldan tez-tez keçdiyimdən bilirəm
ki, burada yayda istidən
və tozdan yaşamaq
mümkün
olmadığı kimi, qışda da "iti quyruğundan
bağlasan" duruş gətirə bilməz... Ərazisində, yaxud yaxınlığında heç
bir iş yeri olmayan bu kəndin sakinlərinin
nə ilə və necə
dolanmağına da həmişə təəccüblə yanaşmışam. İndinin özündə
də
qazı
və
suyu,
daimi işığı olmayan bu qəsəbədə
əhalinin
(bəlkə də
"əhali"
sözü
yekə
səslənir) necə yaşayıb- dolanmağı mənə sirr kimi qalır. Hətta yayda yol ötəndə özüm-özümə sual
edirəm ki, niyə bu insanlar 40-50 kilometr o tərəfə gedib dağlarda
məskən
salmayıblar?
Nə isə... Bütün bu sualların
içində həmişə mənim üçün doğma bir nida da mövcud olub və qarşımda dayanıb. Kimin üçünsə Cəngi zahirində
kasıblığın son həddi ifadə olunan və nimdaş görkəmi ilə diqqəti
cəlb edən adi bir kənddirsə, mənim üçün səsi hələ də qulağımdan çəkilməyən tanınmış muğam ifaçısı Sədi Məmmədovun həlak olduğu
yerdir.
Hər birimiz hardasa ölümü qarşılayacağıq və bu yerin coğrafi ünvanını Tanrıdan
başqa kimsə çətin bilsin...
Haşiyə:
İranın Məşhəd şəhərində 1991-ci ildə olmuşam. O vaxt "Azərbaycan"
qəzetində parlament müxbiri işləyirdim və mənimlə Məşhəd şəhərində ilk dəfə olan nümayəndə heyətinin üzvləri bu müqəddəs
torpağı qeyri- adi bir yer kimi təsəvvür edirdik. Amma şəhərə ayaq basanda gördük ki, Məşhəd zahiri görkəminə görə adi bir şəhərdir. Sadəcə, imam Rzanın
qəbrinin bu şəhərdə olması bu torpağı
müqəddəsləşdirib, adını dünyada məşhur edib...Bu həm də imam Rzanın
dahiliyidir ki, vəsiyyətinə uyğun həmin şəhərdə dəfn edilməyi
ilə Məşhədi müqəddəs
bir şəhər kimi dünyada tanıtdırıb...
...Cəngi qəsəbəsində düz 5 il əvvəl avtoqəza
baş verdi. Sədi
Məmmədov bu qəsəbənin mərkəzində dünyasını dəyişdi. Həmin vaxtdan Cəngi qəsəbəsini keçəndə istər- istəməz
Sədi Məmmədovun vəfat etdiyi yerə baxır, maşını saxlayır, yaxud yavaş- yavaş sürərək ruhuna dualar edirəm...
Mənim kimi çoxları da belə edir. Dəfələrlə şahidi olmuşam. Bu kasıb
və yaşayış
üçün əlverişsiz qəsəbə hamımız üçün indi Sədi Məmmədovun qanının
axıdıldığı, dünyaya gözlərini əbədi yumduğu
bir torpaq kimi yaddaqalandır. Hər
dəfə Cəngini keçəndə Sədi Məmmədov yadıma düşür.
...Sədi Məmmədovla sonuncu görüşümüz ölümündən 5-6
ay əvvəl, 2002-ci ildə baş vermişdi. Redaksiyamiıza gəlmişdi. Olduqca deyib-gülən və xalqımızın
adət-ənəsinə uyğun olan çoxsaylı
lətifələr
bilən idi. Onun lətifələri
nəinki adamı güldürərdi, həm də düşündürərdi. Siyasi lətifələri
daha kəsərli və düşündürücü idi...
Həmin görüşümüzdən
xatirə kimi qalan müsahibəsi var diktofonun yaddaşında. Müsahibə qəzetdə də dərc edilmişdi
həmin vaxt. Bir sualıma cavabını isə həmişə misal çəkirəm:
"- Yuxularında
Ağdamı görürsənmi? Ağdam yadına
necə düşür?
- Adətən unudulan şey yuxuya girər. Mənim üçün Agdam əbədidir və heç vaxt yaddan çıxmayıb...O ki qaldı Ağdamın yadıma necə düşməyinə, məğər Ağdam nə vaxtsa yadımızdan çıxıb ki???"
...Və sonra izah da verdi ki, doğulduğumuz
torpağı necə unutmaq olar?
özü barədə daha bir maraqlı fikir söylədi. Dedi ki, Ağdamda doğulan və Ağdam çörəyi yeyən... adam desə ki, artıq Ağdamı yaddan çıxarmışam, heç vaxt inanmayın! Nəyə inansanız
da, buna inanmayın...
...Sədi Məmmədovun səsində qeyri-adi bir ovqat və məlahət, həm də yanğı
vardı. O, təkcə oxumurdu, həm də Vətənsevər
insanların qəlbini "oxuyurdu..." Onun həmyaşıdları artıq Dövlət
təltifləri
və fəxri adlar da almışdılar. Amma Sədi
Məmmədov nədənsə buna tələsmirdi. Hətta redaksiyada olanda ona bu sualla da müraciət
etmişdik... Cavabı yenə də özünəməxsus idi: "Mən təltif üçün oxumuram ki... Versələr
də sağ olsunlar, verməsələr
də..."
Ona elə gəlirdi ki, özü hamını və hər şeyi gördüyü kimi, hamı da onu görməli
və duymalıdır. Amma Sədini duyub- başa
düşmə qıtlığı vardı o vaxt cəmiyyətdə...
...Sədi Məmmədovun ölümündən 5 il ötdü. 5 il elə də böyük tarix olmasa da, etiraf etməyə dəyər ki, onun yeri də elə 5 ildi ki, görünür... Amma onun dostlarına
da Sədinin adından 5 illik bir gileyi çatdırmağı özümə borc bilirəm. Sağlığında daim Sədidən danışan və onunla birgə dayanmaqdan, həmsöhbət
olmaqdan qürur duyan dostlar, indiki qayğılı və problemli, həm də informasiya dolaşıqlığının hökm sürdüyü bir vaxtda ən yaxın
və ən məşhur adamı da unutdurmaq çox sadədir. Əgər vəfat etmiş ən yaxın
bir adamınızı da bir ay yaddan çıxarıb xatırlamasanız, o unudulub gedəcək...
...Unutsaq-unudulacağıq! Sədi Məmmədov unudulası dost deyildi və onu xatırlatmaqla həm də özümüzü, irsimizi və mənəvi dünyamızı itiləmiş, hafizəmizi təzələmiş olarıq. Hafizəmizdə həmişə itilənmiş xatirələrin
olmasına çalışmaq zamanı deyilmi? O zaman ki, onun "qılıncının
altından" hər birimiz keçməyə məhkumuq...
Təzadlar.- 2008.- 11 dekabr.- S. 5.