Milli-mənəvi dəyərlərimizin meyarı

 

Tahir Əkbər: "Hər bir musiqiçi, sənət adamı professional məktəbdən bəhrələnməlidir"

 

Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün yetişən nəsil, məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirməlidir. Sözsüz ki, mənəvi dəyərlərin əks olunması ziyalılar nəslinin cəmiyyətə təsir gücündən, eləcə , mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır.

Bu gün efir vasitəsilə mənəvi dəyərlərin aşılanması prosesinə xüsusi diqqət yetirilməlidir. İnsanların gündəlik tələbatına çevrilən teleməkanlar vasitəsilə yayımlanan hər bir verilişin təbliğat yükü böyük əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimiz, musiqimiz, maddi-mənəviyyat nümunələri s. insanın formalaşmasında əsas amillərdən biridir. Müasir efirlərdə maarifləndirici verilişlərin yayımlanması, elm sənət adamlarının mülahizə düşüncələrinin geniş ictimaiyyətə təqdimatı digər amilləri özündə əks etdirən proqramların yer alması mənəvi dəyərlərin əsas meyarlarının ortaya qoyulmasında həlledici rola malikdir.

Təəssüfləndirici də olsa, qeyd edək ki, bəzi teleefirlərdə yüngül mahiyyət daşıyan verilişlərin, eləcə də, bunların əsasında duran şou proqramların yayımlanması milli-mənəvi dəyərlərin təbliğat prosesində müəyyən mənfiliklərə səbəb olub. Azərbaycan musiqisi burada yaşanan tarixi köklərimiz, xalqın düşüncə tərzi, adət-ənənələrə hörməti s. məqamlar gənclərə lazımlı bir şəkildə təqdim olunmalıdır. Bu ya digər məsələlər ətrafında ziyalı mövqeyini ortaya çıxarmaq onun müasir sənət amillərinin mənəvi-əxlaqi dəyərlərinə olan təsir gücünü əks etdirmək məqsədilə Bəstəkarlar İttifaqının üzvü Tahir Əkbərlə əlaqə qurduq:

- Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur. Son vaxtlarda həyata keçirilən layihələr, milli musiqimizin, mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir. "Muğam ensiklopediyası"nın, "Muğam antalogiyası"nın hazırlanması milli musiqimizə maraq hissini çox artırmışdır. Sirr deyil ki, yaxın keçmişimizdə bu sənətə qarşı bir boşluq yaranmışdır. Muğam sənəti Azərbaycan musiqisinin elə janrları sırasındadır ki, burada xalqın bütövlükdə mənəvi əxlaqını, mənəvi düşüncəsini əxz etdirən amillərə təsadüf olunur. Bu musiqinin sıxışdırılaraq aradan çıxarılması təhlükəsi var idi. Belə ki, əcnəbi musiqinin geniş bir şəkildə yer alması gənclərin təfəkküründə muğam sənətinə olan münasibətdə fərqli dönüş yaratmışdır. Qeyd olunan layihələrin həyata keçirilməsi, eləcə , "Xalq ulduzu" layihəsinin gerçəkləşməsi gənclərdə klassik irsə münasibəti dəyişdi. Bu layihə əsasında retro musiqi nömrələrinə, muğam janrına ciddi diqqət yetirildi. Milli musiqimiz xarici dövlətlərdə təmsil olunmaqla bərabər, YUNESKO-nun xətti ilə geniş məkanlara yol açdı. Muğam sənəti dünyanın şah əsərləri sırasına daxil edildi.

Bildiyiniz kimi, hazırda paytaxtımızda Muğam Mərkəzi tikilir. Bu mərkəzin inşası çox böyük əhəmiyyət daşıyır. Özbəkistanın Səmərqənd şəhərində 20 ildən artıqdır ki, belə bir mərkəz fəaliyyət göstərir çox mötəbər beynəlxalq müsabiqələrin keçirilməsinə imkan verir. Respublikanın xalq artistləri Canəli Əkbərov, Alim Qasımov kimi sənətkarlar belə mədəniyyət ocaqlarında müsabiqələrdə iştirak etmişlər. Həmişə arzum olmuşdur ki, Azərbaycanda da belə bir mərkəz fəaliyyət göstərsin dünyanın muğam ifaçıları bu məkanada toplaşsınlar. Bizim muğam sənətinə toxunulmaz bir sərhəd kimi yanaşılmalıdır. Azərbaycan muğam musiqisini təmsil edən istedadlı sənətkarlar Şərqdə birinci yeri qazanmış ifaçılardır.

Bu mərkəzlə yanaşı, paytaxtımızda Aşıq Musiqi Mərkəzi də fəaliyyət göstərəcək. Muğam aşıq musiqisinin bir-birinə qovuşması yeni sənət əsərlərinin yaranmasına gətirib çıxarır. Azərbaycan bəstəkarları bu klassik janrlardan bəhrələnərək yaradıcılıq yollarını davam etdirirlər. Hər bir bəstəkarın özünə məxsus sənətkarlıq mövqeyi vardır. Onun yaradıcılığı məhz qaynaqlarda özünü büruzə verir. Mən bir bəstəkar kimi aşıq musiqisindən istifadə edərək, yaratdığım əsərləri bu ruhda kökləmişəm. Simfonik, estrada musiqisinin vəhdətindən gözəl əsərlər yaranır.

Sovet məkanında yaşadığımız zaman özfəaliyyət və xalq yaradıcılığı var idi. Bu hər iki fəaliyyət növü ciddi nəzarət altında idi. Bədii şura tərəfindən nəzarət olunan müğənnilər efirə qeyri-professional, qeyri-peşəkar şəxslərin yol açmasına imkan vermirdilər. Təəssüf ki, bu gün həmin insanlar efirləri zəbt ediblər. Bu da nəzarətsizliyin olmamasından irəli gəlir. Əlinə mikrofon alıb, sənət meyarına diqqət yetirməyən şəxs müğənni olmağa çalışır. Çox zaman Bədii Şura haqqında belə bir fikir söylənir ki, bu bərpa olunarsa sənətdə qərəzli mövqedən çıxış edənlər meydana gələcək musiqinin, istedadlı şəxslərin inkişafına təsirini göstərəcəkdir. Onu da etiraf edək ki, Bədii Şurada qərəzli mövqe ola bilər. Lakin bu bir nəfərin inkişafına maneçilik törədərsə, yüzlərlə həşəratın qarşısına bir sədd çəkə bilər. Müəyyən nəzarət, ekspert qrupu fəaliyyət göstərməlidir.

Efir vasitəsilə mənəvi dəyərlərimizə zidd olan musiqi nömrələrimizin səslənməsi, eləcə də, lazımsız fikirlərin işlədilməsinə də təsadüf olunur. Onun üçün heç kəs məsuliyyət daşımır. Həmin təsir kimlərisə qıcıqlandıra bilər, zövqünün formalaşmasına təsirini göstərə bilər. Unutmamalıyıq ki, efir vasitəsilə minlərlə gənclərə mənəvi dəyərlər aşılanır. Cəmiyyətin sağlam ruhda böyüməsi, sağlam fikir əqidəyə sahib olması üçün efirdə yayımlanan qeyri-professional verilişlərin qarşısı alınmalı, sənətkarlara, sənətkar düşüncəsinə yer verilməlidir. Hər bir musiqiçi, sənət adamı professional məktəbdən bəhrələnməlidir.

Bu gün sənət aləmində müğənni ilə bəstəkar arasında bir maddi tələbatı ödəyə biləcək əlaqə yaradılmışdır. Alıcı satıcı əlaqəsi. Səsi olmayan qeyri-peşəkar musiqiçiyə, qeyri-professional bəstəkar öz əsərini satıb müəyyən gəlirlər əldə edirlər. Bəzən belə hallar müşahidə olunur ki, "bəstəkar" populyarlıq qazanmaq üçün qonorar almadan mahnısını müğənniyə hədiyyə edir. Bax, bu yollar əsasında milli-mənəvi dəyərlərimizə müəyyən zərbələr vurulur. Sənətə gəlir mənbəyi kimi yanaşmaq mümkün deyil. Mən yaradıcılığımın hansısa bir nümunəsinin qeyri-professional müğənninin ifasınna yol verməmişəm. Zəif ifa bəstəkar yaradıcılığını heçə endirir. Bəstəkar Nailə Mirməmmədli belə bir təklif irəli sürüb ki, bu işlərə nəzarət edə biləcək hansı formadasa cəmiyyət, qurum yaradılsın bu təşkilata profesional bəstəkarlar daxil olsunlar. Bu bədii şura, nəzarət qrupu yaxud hansısa bir ad altında fəaliyyət göstərsin.

Acınacaqlı bir haldır ki, türk, zənci, ərəb musiqiləri Azərbaycan milli musiqisinin adı altında təqdim olunur və çox böyük bir plagiatlığa yol verilir. Bu baxımdan ki, əcnəbi musiqisi qalmaq şərtilə mahnının sözləri dəyişdirilib, Azərbaycan musiqisi adı altında dinləyiciyə təqdim olunur. Bu özbaşınalığın qarşısını almaq günün ən aktual məsələlərdən biri kimi qarşıya qoyulmalıdır. Efir vasitəsilə maarifləndirici verilişlərə diqqət yetirilsə, tanınmış sənətkarların fikirləri təqdim olunsa, düşünürəm ki, bu halların qarşısı alınar.

Dinləyiciyə, tamaşaçıya klassikanı izahlı bir şəkildə təqdim etmək vacib məsələlərdəndir. Kimsə bir-birini tənqid təhqir etməklə sənət meyarlarını aşağı salmış olur. Televiziyaların öz istiqaməti, mövqeyi olmalıdır. Onlar cəmiyyətdə sağlam mühitin yaranmasına təsir göstərməlidir.

 

Səs.- 2008.- 16 dekabr.- S. 12.