Muğam fəlsəfəsi
İnam Ata (Asif Ata)
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil,
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi Məqamdır, adi an deyil.
Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.
Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.
"Şur" muğamı
"Maye-Şur"
Ciddiyyətdə çılğınlıq yaşayır, Bitkinlikdə Sonsuzluq, Gerçəklikdə - İdeal.
Şöbə İdrakı, Hissi, İradəni Mahiyyətə yönəldir.
İdeala Yüksəlmək Zəruriliyi Dünyayla görüşün əsas cəhəti kimi mənalandırılır.
Həyatda qeyri-kamillik, ziddiyyət, nisbilik çoxdur.
Onları aradan qaldırmaq üçün İdeala çatmaq gərək.
Həyatın dialektikası İdeala keçid tələb edir.
Dünyayla görüşdə Təzahürlə Mahiyyət arasında Ziddiyyət aşkara çıxır.
Onu İdeala Yüksəlməklə aradan qaldırmaq olar.
Yalnız Ali, İdeal Həyatda - Kamil İdrak, Kamil Mənəviyyat, Kamil İradədə İnsan özünü tam ifadə edə bilərg
Bu səbəbdən də İdeala çatmaq labüd zəruriyyət kimi meydana çıxır.
Dünyayla görüşdə İnsan Dünyadan Yüksəyə qalxmaq Zəruriyyəti ilə qarşılaşır.
"Maye-Şur" həmin Zəruriyyətdən danışır - müdrikcəsinə, Ehtirasla.
"Zəmin-Xara"
Həyat Yollarıyla Yerimək Ruhani İradə Səyi tələb eləyir.
İztirab Yükü, İdeal Həsrəti!
Yorulmaz, İnadlı, Müdrik Yolçu Yolundan dönmür, Mahiyyətə yön alır, Gerçəklik Səddini aşır.
Ruhani Yol yaranır - İdeala aparan!
"Hicaz"
Həyat nə qədər dərindən dərk olunursa, İdeal həsrəti, eşqi bir o qədər artır.
Həyat özündən artığa,
böyüyə, yüksəyə
can atır.
Bu, şiddətli daxili gərginlik yaradır.
İdeal Eşqi Ruhani Ağrı, Səy törədir.
Həyatdan
Ali Həyat Həsrəti
doğur.
"Bayatı-Kürd"
Kədərə aramsız,
inadlı, ardıcıl,
labüd Qayıtma İdeal Eşqinin Şiddətindən xəbər
verir...
Qapalı Kədər Dairəsi İdeal çağırır...
Ruhun Kədərli Halı Həyatın İdeal səviyyəsini gözləyir.
Mütləq Kədərdən
qurtarmaq üçün
Mütləq Həyata
çatmaq gərək!
"Simai-Şəms"
İdeala Yüksəlmək Ruhaniliyin
hərtərəfli, coşğun
ifadəsi, Qəlbin Ülvi İstəyi kimi qiymətləndirilir.
Hisslərin tamlığı, gücü
hədd tanımır.
İnsan riqqətli, heyrətli, zəngin yaşayır.
"İdeala Yüksəlmək
- Ruhun İdeal halını yaradır!"
- deyir "Simai-Şəms" və
Əzələ Qayıdır
- Yeni Biçimdə.
"Segah" muğamı
"Maye-Segah"
Kədər vasitəsiylə İdeal Zəruriliyini duymaq.
Kədərin artması vasitəsiylə
İdeal Zəruriliyini
dərk etmək.
Kədər Harayı vasitəsiylə
İdeal Zəruriliyini
çağırmaq.
Kədər vasitəsiylə - İdeal
Zəruriliyinə yüksəlmək.
Kədər Müqəddəsliyi vasitəsiylə
- İdeal Zəruriliyi
Müqəddəsliyinə çatmaq.
Kədər Gözəlliyi vasitəsiylə
- İdeal Müqəddəsliyi
Gözəlliyinə çatmaq.
Kədər Yolu vasitəsiylə - İdeala çatmaq.
"Şikəsteyi-Fars"
Kədər Zirvəsi - İdeal Eşqi.
Kədər Ağrısı - Eşq İztirabı.
Kədər çılğınlığı
- Eşq Möhnəti.
Kədər Odu - Eşq Yanğısı.
Kədər Səması - Eşq Ucalığı.
Kədər Zənciri - Eşq Usanmazlığı.
"İrak"
İdeala ucalmaq - Kədərin möhtəşəm
Qüdrətə çevrilməsi!
Hissi Zənginlik - Ruhaniliyin coşğun Təzahürü!
İdeala çatmaq - Qəlbin Ülvi halının təsdiqi!
Nəticə
İdealla Gerçəkliyin
əlaqəsi Muğamda
aşağıdakı şəkildə
mənalandırılır:
Həyat özündən böyüyü
- İdealı doğur.
Həyatla Görüş
Həyatdan Böyüyü
- İdeal Zəruriliyini
doğur.
Həyatı
Dərk etmək - İdeal Eşqi doğur.
İdeala Yüksəlmək Ali Həyat
yaradır.
Dördüncü Fəsil
Muğamda həqiqiliyin və əxlaqiliyin dialektikası
1. Qanunauyğunluq
Muğamda Həqiqilik - Mütləqiliyə, Kamilliyə,
İdeallığa bərabərdir.
Muğamda Əxlaqilik - Mütləqiliyə,
Kamilliyə, İdeallığa
bərabərdir.
Həqiqətə çatmaq üçün
Əxlaqa çatmaq gərəkdir.
"Həqiqət yalnız Əxlaqca Kamilin üzünə açılır!" - deyir Muğam.
"Yalnız Həqiqəti
dərk eləyən əxlaqca kamil olur!" - deyir
Muğam.
Həqiqilik və Əxlaqilik - ayrılmazdır.
Həqiqət - Mütləqin dərkidir,
Əxlaq - Mütləq
Ruhanilikdir.
Mütləqi dərk etmək üçün Əxlaqca Kamil olmaq gərək!
Mütləq Əxlaqa çatmaq üçün
Mütləqi dərk
etmək gərək!
Mütləqi dərk edən
Məqamda İnsan Əxlaqca Kamil olur.
Əxlaqca Kamil olan Məqamda
İnsan Mütləqi
dərk edir.
İdrak və Əxlaq - Vahiddirlər.
Həqiqəti dərk etmədə
Kamil Zəka və Kamil İdrak
təsdiq olunur.
Kamil Zəka həm də Kamil Əxlaq
deməkdir.
Kamil İradə həm də Kamil Əxlaq
deməkdir.
Həqiqət Ruhani Səylə
qazanılır.
Ruhani Səy - Əxlaqi Kamillik Yaradır.
Həqiqət Ruhaniyyatı təsdiq
edir.
Ruhaniyyat Həqiqəti təsdiq edir.
"Yalnız Müdrik - Əxlaqidir!" - deyir Muğam.
"Yalnız Əxlaqi
- Müdrikdir!" - deyir Muğam.
"Rast" muğamı
"Maye-Rast"
Ruhani Dözüm, idraki, hissi təmizlənmə
- Həqiqət dərkinin
əzəli kimi mənalandırılır.
Qorxudan, Şübhədən, Yadlıqdan
İmtina müdrikliyin
əzəli kimi qiymətləndirilir.
Ruhani Aydınlıq - Zəka Rəvanlığı
kimi təsdiq olunur...
Kamillik Ehtirası - İdrak Ehtirasına bərabər sayılır.
Dünyayla görüş - Mütləqlə
görüşün əzəli
sayılır.
Dünyanı Duyma - Ruhani Kamilliyin əzəli sayılır.
Həyatla görüş Həqiqət
Ehtirası yaradır,
Həqiqət Ehtirası
İdraki İradə
yaradır, hər ikisi Ruhani təmizlənmə
(katarsis) yaradırlar.
Dərk edən Kamilləşir, Kamil Dərk edir.
Şöbə Əxlaqi Kamilliyə
çatmış Həqiqətçi
təşəkkülündən bəhs edir.
"Hüseyni"
Həyatı
dərk edən İnsan həm Həqiqət, həm də Əxlaq pillələrinə qalxır.
Daha çox bildikcə, daha Əxlaqi olur...
İdrakın yeni pilləsinə
qalxdıqca, Əxlaqın
yeni pilləsinə qalxır.
Kədər İnsanı həm Müdrik, həm də Əxlaqi eləyir.
Həqiqət Kədəri
- Həqiqəti olduğu
kimi qəbul eləmək Qətiyyəti
yaradır.
Kədər vasitəsiylə Zəka Həqiqətə yön alır, İradə onu Qəbul edir.
Həyat Kədəri - Həyat haqqında Həqiqətdir, həm də onu Qəbul
etmək əzmidir.
Kədər vasitəsiylə Həyat dərk olunur və Ruhani İradə təsdiq edilir.
"Həyat Kədərlidir!"
- deyir Həqiqət...
Həyat Əzmi Kədərdə Yetişir.
Həqiqət Kədəri dərk
edir, Əxlaq Kədərdə dərk olunur.
Həyat Kədərlidir, çünki
İnsan - Əxlaqidir,
Ruhanidir; Xeyirə, Ədalətə meyillidir.
İnsan qeyri-əxlaqi olsaydı, -
Kədərli olmazdı.
Bu səbəbdən də Kədərlə görüşmək - Əxlaqla
görüşməkdir.
Bu səbəbdən də Həyatı Kədər vasitəsiylə
dərk etmək Əxlaqın mahiyyətini
dərk etməkdir.
O, həm də Kədərin Kədərdən
böyüyə çevrilməsi
Zəruriliyini dərk
etməkdir.
Zəka Həqiqəti açır, İradə
Əxlaqı təsdiq
edir, nəticədə
İnsan özü üzərində yüksəlir:
Zəkalı İradə
və İradəli Zəka, Həqiqi Duyğu və Həqiqət Duyğusu təsdiq olunur.
İdrakilik və Əxlaqi Kamillik biri-birinə qovuşur.
"Hüseyni" şöbəsi həmin möhtəşəm Ruhani
hadisə haqqında müdrikcəsinə, ehtiraslı
danışır.
"Vilayəti"
İdeal Eşqi - Həqiqət Pilləsi kimi mənalandırılır.
İdrak Eşqi - Əxlaq Eşqi kimi qiymətləndirilir.
İdrak Eşqi vasitəsiylə Həqiqət dərk olunur və Əxlaqi İradə təsdiq edilir.
Əxlaqi İradə vasitəsiylə
Ürək təmizlənir.
Beləliklə də Həqiqət
həm İdrak, həm Əməl, həm də Duyğu hadisəsi kimi meydana çıxır.
Həqiqət Şəxsiyyətin həyatıyla dərk olunur.
Şöbədə Kədərli Həqiqət
Dramatik Həqiqətə
çevrilir, İradə,
Hiss gərginləşir.
İdrak bir pillə yüksəlir, eyni zamanda İradə də, Hiss də bir Pillə ucalırlar.
Kamillik Eşqi - Həqiqətin dərkini tələb eləyir, Mütləq Həqiqət
Tələb eləyir
- Mütləq haqqında
Həqiqət Tələb
eləyir.
Mütləq
Eşqi - Mütləq
Eşq kimi - yəni Mütləq Həqiqət Mütləqə
canatma kimi mənalandırılır.
"İrak"
İdeala çatmaq Mütləq Həqiqətə və Mütləq Əxlaqa çatmaq kimi, ömrün Ali Mənasına
yüksəlmək kimi,
Ruhaniliyin qələbəsi
kimi təsdiq olunur.
Duyğu seli çağlayır
Ədalət.- 2008.- 6 dekabr.- S. 17.