Polad C.
Ermənilərin
"Sarı gəlin" sevdası bir daha daşa dəydi!
Bir saylı
internat
məktəbinin
təmsilçiləri "Duşa payot"
festivalının laureatı oldular
Ermənilərin
mədəni irsimizə müdaxiləsi artıq tarixi
ənənəyə çevrilib. Musiqimiz, tarixi
abilələrimiz bədnam qonşularımızın daim
bəd niyyətlərinin hədəfində olub. Bu sırada sayılacaq misallar saysızdır. Üzdəniraq
qonşularımız bu
istiqamətdə YUNESKO kimi
nüfuzlu təşkillatdan da yararlanmaq istədilər. Amma alınmadı. Alına da bilməzdi,
bir tərəfdə dərin mədəniyyətə,
zəngin incəsənətə
malik xalq, digər tərəfdə
isə milli kimliyi məlum olmayan kütlə. Nə isə... Bu geniş yazıların
mövcuzudur. Biz isə bu yaxınlarda
baş tutmuş bir beynəlxalq tədbirdən danışmaq
istəyirik.
“Duşa payot”da ermənilər biabır oldular. Dekabrın 5-7-də Moskva şəhərində "Duşa payot" adlı beynəlxalq musiqi festivalı keçirildi. Tədbirdə respublikamızı 1 saylı kar uşaqlar üçün internat məktəbinin ulduzları təmsil edirdilər. Öncə qeyd edim ki, bu təhsil ocağı indiyədək müxtəlif musiqi festivallarının qalibi olub. Xüsusi ilə "Dan ulduzu" festivallarında müxtəlif vaxtlarda birinci və ikinci yerləri tutublar. Məktəbin ulduzları bu yarışmalarda pul və fəxri fərmanlarla mükafatlandırılıblar. Böyük istedad sahibləri bu dəfə də doğma Azərbaycanımızın adını yüksəklərə qaldırdılar. Söhbət yuxarıda vurğuladığımız "Duşa payot" festivalından gedir. Bu beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmək şərəfi 1 saylı internat məktəbinin ulduzları Sevinc Cumalıyeva və Orxan Ağayevin qisməti oldu. Ulduzlarımız bu möhtəşəm tədbirdə məşhur sənət incimiz sayılan "Sarı gəlin"lə çıxış etdilər. Təmsilçilərimiz bu dəfə də bədnam qonşularımızın bəd niyyətləri ilə qarşılaşdılar. Məlumdur ki, ermənilər bir çox mədəni dəyərlərimiz kimi "Sarı gəlin"ədə göz qoyublar. Bir neçə dəfə, müxtəlif vaxtlarda cəhd ediblər ki, "Sarı gəlin"i öz adlarına çıxsınlar. Həmişə olduğu kimi bu dəfə də niyyətləri puça çıxdı. "Sarı gəlin" doğmalarının ifasında qalib oldu. Sevinc Cumalıyeva və Orxan Ağayevin yüksək səviyyəli ifası festival iştirakçılarını heyran etdi. Doğma musiqi doğma ifaçıların simasında yarışmanın laureatı oldu. Erməni təmsilçilər isə yumşaq desək, gülünc vəziyyətə düşdülər. Gətirdikləri kassetlərdə onlardan üz döndərdi. Kassetlər açılmadı. Görünür, məsələ kasset məsələsi deyil. “Sarı gəlin”imiz yad ünsürlərin ifasını istəmədi. Bu da bir tanrı işidir. Qeyd edim ki, qrupun rəhbəri və bədii rəhbəri xanım Svetlana Həsənovadır. Bu vaxta qədər də kollektiv Svetlana xanımın rəhbərliyi ilə bir neçə uğura imza atıb.
Yeri gəlmişkən, qeyd edim ki, sözügedən
məktəbdə tədrisdə
yüksək səviyyədədir.
386 uşağın təhsil
aldığı bu təhsil ocağında ayrıca kompüter otağı, fənn kabinetləri fəaliyyət
göstərir. Bizimlə söhbətində
məktəbin direktoru
Tanrıverdi Əliyev
təhsil ocağına
millət vəkili,
İSESKO və YUNES-KO-nun
xoşməramlı səfiri
xanım Mehriban Əliyevanın diqqət və qayğısından
danışdı. Qeyd
etdi ki, məktəbin yüksək
səviyyəli təmiri,
lazımi avadanlıqlarla
təminatı, uşaqların rahat və təmiz şəraitdə yaşaması
məhz Mehriban xanımın adı ilə bağlıdır.
"Mehriban xanımın
2005-ci ildə məktəbə
gəlişindən sonra
kompüter otağı
yaradıldı, idman zalı təmir olundu, lazımi avadanlıqlarla təminat oldu". Şagirdlərdə
bu diqqət və qayğını konkret uğurları ilə cavablandırmaqdadırlar.
Dama, şahmat və yüngül atletika üzrə göstəricilər dəfələrlə
bu şagirdlərin adı ilə bağlı olub. Elə Tanrıverdi müəllimin 2005-ci ilin noyabrında "Tərəqqi"
ordeni ilə təltif olunması da təsadüfi deyil. Budur göstərilən
qayğının və
üz ağardan əməllərin vəhdəti.
Yeni xəbər.- 2008.- 20 dekabr.- S. 11.