Rəşid Behbudovun 93 illiyi qeyd olunacaq

 

Dekabrın 14- Azərbaycanın mərhum sənətkarı Rəşid Behbudovun anadan olmasının 93 illiyi qeyd olunacaq. Dövlət Mahnı Teatrının mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin gün tanınmış mədəniyyət incəsənət xadimləri mərhum sənətkarın məzarını ziyarət edəcəklər.

Daha sonra sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında onun xatirəsi anılacaq. Xatirə gecəsində Yalçın Rzazadə, Mübariz Tağıyev, Rəşidə Rəşid, Əvəz Abdullayev, Bilal Əliyev, Vaqif Şıxəliyev, Anar Şuşalı və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub və 1989-cu il iyunun 9-da vəfat edib

 

Ədalət.- 2008.- 12 dekabr.- S. 6.