Yusifova S.

 

"Qarabağ - irsimizin əbədi yaddaşı" işıq üzü görüb

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Qarabağ - irsimizin əbədi yaddaşı" adlı nəfis tərtibatlı kitab çap olunub. Yüksək poliqrafiya üsulu ilə hazırlanan kitabda 300-ə yaxın rəngli illüstrasiya, cizgi abidələrin fotoları yer alıb. Qeyd edək ki, kitabda verilən abidələrin hamısı hazırda işğal altında olan ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər daş plastikası nümunələri öz əksini tapıb. Kitabdakı bütün materiallar işğal olunan hər bir rayon üzrə təqdim olunub. Ərazilərdə yerləşən ən qədim abidələr haqqında kitabda çox sayda illüstrativ materiallar ilə təmin olunan məqalələr verilib. Nəşrin sonunda Azərbaycanın tarixi şəxsiyyətləri barəsində izahlı lüğət işğal altında olan tarix-mədəniyyət abidələrinin ətraflı siyahısı yerləşdirilib. Kitab Azərbaycan ingilis dillərində hazırlanıb. "Qarabağ - irsimizin əbədi yaddaşı" geniş ölkə beynəlxalq ictimaiyyəti mədəni irsimizin xüsusi diqqət tələb edən bu önəmli sahəsi ilə tanış olmasında mühüm rol oynayacaq. Eyni zamanda əsər Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişədən əvvəl bu abidələrin vəziyyətini bilmək sonra hansı vəziyyətə salındıqları barəsində monitorinq aparmaq baxımından çox dəyərli bir mənbə olacaq. Mədəniyyət Turizm Nazirliyi gələcəkdə bu mövzuda daha bir neçə nəşrin hazırlanmasını nəzərdə tutur.

 

525-ci qəzet.- 2008.- 20 dekabr.- S. 23.