Böyük bakılı maraqla qarşılanmışdır

 

AzərTAc xəbər verir ki, ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli musiqiçı Mstislav Rastropoviçin həyat yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilmişdir. Kitab mərasim iştirakçılarının böyük marağına səbəb olmuşdur. "Böyük bakılı" kitabında məşhur violonçel ustasının, xüsusən, 1997-ci ildən sonrakı dövrdə Bakıya səfərlərini əks etdirən faktlar şəkillər geniş yer almışdır.

Mərasimə qatılanlar müəllifi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olan kitabı ümumilikdə Azərbaycan incəsənəti üçün böyük töhfə kimi qiymətləndirmişlər.

Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov demişdir ki, kitab çox yüksək səviyyədə nəşr olunmuşdur. Bu kitab Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, incəsənətinə qayğısının nümunəsidir. Mən bir musiqiçi kimi bu diqqət qayğıya görə, Mehriban xanım Əliyevaya səmimi minnətdarlığımı bildirirəm.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov bildirmişdir ki, Mehriban xanım Əliyevanın köməyi ilə çapdan çıxan bu çox maraqlı, gözəl və yüksək səviyyəli kitab təkcə mədəniyyət və incəsənət adamları üçün deyil, bütövlükdə hər bir azərbaycanlı, hər bir oxucu üçün maraqlıdır.
Mərasim gənc ifaçıların maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

Azərbaycan.- 2008.- 11 dekabr.- S. 7.