“Mən həmişə
Bakıya qayıdacağam..."
Bu sözləri
görkəmli həmyerlimiz Mstislav Rostropoviç deyirdi.
Dekabrın 9-da Bakıda
Mstislav Rostropoviç
adına II Beynəlxalq
festival start götürmüşdür.
Festivalı Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev və festivalın bədii
rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa
Rostropoviç açmışlar. Görkəmli maestronun
qızı Olqa Rostropoviç musiqi bayramının
açılışına gəlmiş bakılılara
müraciətlə demişdir:
- Atam Bakını çox sevirdi. O, bu şəhərdə doğulmuş, uşaqlıq
illərini burada keçirmişdir. Atam dünyanı gəzib-dolaşırdı, özünü
dünyanın vətəndaşı
hesab edirdi, amma tez-tez "Mən harada olsam, həmişə Bakıya qayıdacağam"
deməyi xoşlayırdı.
Çox istəyirdi ki, bu festival
məhz burada, onun vətənində keçirilsin.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki,
festival bir həftə davam edəcək. Keçən
il olduğu kimi, bu dəfə
də festivalda
ABŞ, Rusiya, Fransa, İtaliya və Macarıstandan gəlmiş
məşhur ifaçılar
iştirak edəcəklər.
Festival Heydər
Əliyev Fondu tərəfindən təşkil edilmişdir.
Festivalın yüksək səviyyədə
keçirilməsi üçün fondun prezidenti Mehriban
xanım Əliyeva çox iş görmüşdür.
Təntənəli
gecə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun
"Azərbaycan kapriççiosu" ilə
başlandı. Orkestrin bədii rəhbəri və baş
dirijoru Rauf Abdullayevdir. Fortepiano partiyasını Murad Adıgözəlzadə ifa
edirdi.
Bir həftə davam
edəcək festival müddətində musiqisevərlər
"Moskovskiye solistı" kamera orkestrinin, Bakı uşaq
simfonik orkestrinin, M.Rostropoviç Fondunun laureatlarının,
Qalina Vişnevskayanın Opera İfaçılığı
Mərkəzinin solistlərinin
çıxışlarını dinləmək imkanı
əldə edəcəklər.
Festival
günlərindən biri - dekabrın 12-si Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr ediləcəkdir. Cüzeppe Verdi di Milano orkestri
və xoru Verdinin "Rekviyem" əsərini ifa edəcəkdir.
Xatırladaq ki, Rostropoviç
adına Beynəlxalq festival hər il dekabr ayında
ölkəmizin paytaxtında keçiriləcəkdir.
Rostropoviç adına
II Beynəlxalq festivalın açılışında
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə iştirak etmişdir
Azərbaycan.- 2008.- 11 dekabr.- S. 7.