Hacızadə A.

 

Moskvada dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibətilə konsert olmuşdur

 

Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda görkəmli Azərbaycan bəstəkarı pedaqoqu, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin 90 illik yubileyi münasibətilə konsert olmuşdur. Konserti Rusiya Mədəniyyət Nazirliyi Azərbaycan Mədəniyyət Turizm Nazirliyi ölkəmizin RF-dəki səfirliyinin dəstəyi ilə təşkil etmişlər.

Rusiya mədəniyyət nazirinin müavini, stats-katib Yekaterina Çukovskaya yubiley tədbirini açaraq bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət konsert musiqi ictimaiyyəti üçün əsl bayramdır. Qara Qarayev Azərbaycan xalqının qəlbini dünya musiqi mədəniyyətində əks etdirmiş görkəmli Azərbaycan musiqiçilərindən biridir. O demişdir: “Qara Qarayevin misilsiz əsərləri dünya şöhrəti qazanmış təkcə Azərbaycanın deyil, həm dünya musiqi mədəniyyətinin inciləridir. Qara Qarayevin əsərlərindən ibarət konsert xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin Moskvada yubiley konsertinin təşkil olunması Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisədir. Dünya ictimaiyyətini Azərbaycan musiqisi ilə tanış etmiş görkəmli musiqiçi, istedadlı insanın yubileyinin İttifaqlar evinin Sütunlu salonunda keçirilməsi təsadüfi deyildir. Burada dəfələrlə onun musiqisi səslənmiş, yubiley gecələri təşkil olunmuşdur. P.Bülbüloğlu demişdir: “Dahi bəstəkar, görkəmli ictimai xadim Qara Qarayev təkcə Azərbaycanın deyil, həm sovet dünya musiqi mədəniyyətinə böyük töhfələr vermişdir”.

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri (dirijor Azərbaycanın xalq artisti Rauf Abdullayev) “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü, “İldırımlı yollarla” baletindən süitanı ustalıqla ifa etmişdir. Salonda toplaşan Rusiya Azərbaycan ictimaiyyətinin nümayəndələri, Moskvada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları dahi bəstəkarın ölməz əsərlərini sürəkli alqışlarla qarşılamışlar.

Bu il Qara Qarayevin yubileyi münasibətilə konsertlər Azərbaycanda, Fransada, Avstriyada, ABŞ-da, Macarıstanda, Almaniyada, Qazaxıstanda və Qırğızıstanda təşkil olunmuşdur. Yubiley silsiləsinin yekun konsertinin Rusiyada olması rəmzi xarakter daşıyır. Qara Qarayev Moskva Konservatoriyasının məzunu, Dmitri Şostakoviçin tələbəsi olmuşdur, onun yaradıcılıq bioqrafiyasının əhəmiyyətli hissəsi Rusiya paytaxtı ilə bağlıdır.


Xalq qəzeti.- 2008.- 7 dekabr.- S. 3.