Dünya şöhrətli müğənni Müslüm Maqomayevin məzarı ziyarət olunmuşdur

 

AzərTAc xəbər verir ki, sovet, rus Azərbaycan estradasının görkəmli nümayəndəsi, Azərbaycanın SSRİ-nin xalq artisti, unudulmaz səsi ilə hamını heyran edən Müslüm Maqomayevin vəfatından 40 gün ötür. Bununla əlaqədar Bakıda dünya şöhrətli müğənninin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.

Dekabrın 5-də Azərbaycanın dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də görkəmli sənətkarın həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya və Rusiyadan gəlmiş incəsənət xadimləri Fəxri xiyabana gedərək, ecazkar səsə malik dahi sənətkarın xatirəsini hörmətlə yad etmiş, məzarı üzərinə tər qərənfillər düzmüşlər.

 

Azərbaycan.- 2008.- 6 dekabr.- S. 5.