Samirə
Həmyerlilərimiz
Alqışlarla təltif ediliblər
Moskvadakı Beynəlxalq
Musiqi Evinin Svetlanov zalında "Ovasiya"
("Alqışlar") musiqi mükafatının təqdimatı
keçirilib. "www.news.liga.net" saytı xəbər
verir ki, builki "Ovasiya" 10 nominasiya üzrə sahiblərini
tapıb. "Əfsanələr" adı
ölümündən sonra 3 nəfərə qismət olub:
ölməz bariton Müslüm Maqomayev, dünyaşöhrətli
violonçel ifaçısı Mstislav Rostropoviç və
"Rossiya" konsert zalının ilk inzibatçısı
Mariya Mulyaj. "Musiqi və kino" nominasiyasında Eduard
Artemyev, Yevgeni Doqa və Konstantin Meladze qalib gəliblər. Pop
musiqisinin metrləri adına isə İosif Kobzon, Edita Pyexa,
Lev Leşşenko, Sofiya Rotaru və "Samosvetı" qrupu
layiq görülüblər. 2007-ci ilin ən yaxşı
müğənniləri adını Valeriya, "Lyube"
qrupunun lideri Nikolay Rastorquyev, Valeri Meladze, Filipp Kirkorov və
Dmitri Malikov bölüşdürüblər.
Həftə içi.- 2008.- 12 dekabr.- S. 8.