Yelena Obraztsova: Müslümü çox sevirdim

 

Zəmanəmizin görkəmli musiqi xadimi, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Maqomayevin qırxı mərasimində iştirak etmək üçün Bakıya gəlmiş tanınmış Rusiya müğənnisi Yelena Obraztsova dahi müğənni haqqında xatirələrini kədər hissi ilə bölüşmüşdür.

Dekabrın 4-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rusiyalı müğənni demişdir: Müslümü xatırlayanda ilk növbədə nəcib, istedadlı ağlasığmaz enerjiyə malik bir şəxsiyyət yadıma düşür. Əsl dost, xeyirxah həmişə həqiqəti söyləyən insan olduğu üçün onu çox sevirdim.

 

Xalq qəzeti.- 2008.- 5 dekabr.- S. 6.